8-06-2024, 15:50 446

Bakıda “Miniboss Business School” tələbələrinin startapları üzrə 4-cü Milli Çempionat keçirilib

Bu gün “Miniboss Business School Baku”nun təşkilatçılığı ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında startaplar üzrə Milli Çempionat keçirilib.

“AVESTA.AZ” xəbər verir ki, komandalar innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma və münsiflər heyətinin sualına cavablama kimi meyarlar üzrə qiymətləndirilib.

Məlumata görə, ekologiya, turizm, sosial, yüngül sənayə və digər sahələrdə təmsil olunan startaplar arasında ən yüksək nəticə göstərən üç komanda qalib olub. Bundan başqa, komandalar arasında altı nominasiya üzrə qaliblər də müəyyənləşib. Belə ki, münsiflər heyətinin nümayəndələri “Ən yaxşı təqdimat”, “Ən yaxşı çıxış”, “Ən kreativ ideya”, “Ən innovativ ideya”, “Ən yaxşı məshul dizaynı” və “Ən uğurlu brend adı” nominasiyaları üzrə də komandaları dəyərləndiriblər.

Çıxışlardan sonra startaplar üzrə Milli Çempionat çərçivəsində ənənəvi “MiniBoss Bazar” da təşkil olunub. Burda tələbələr onların hazırladıqları məhsul və xidmətləri tədbirin qonaqlarına nümayiş edərək satışını həyata keçiriblər.

Qeyd edək ki, bu məhsulları "Gənclik Mall" Ticarət Mərkəzində təşkil olunan satış sərgisində 16 may-16 iyun tarixlərində əldə etmək olar.

Xatırladaq ki, apreldə keçirilən forum çərçivəsində 17 komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş ediblər və startaplara münsiflər heyəti tərəfindən dəyərləndirilərək müvafiq qrant ayrılıb. İlkin kapital olaraq istifadə olunan bu maliyyə vəsaitləri layihələrin həyata keçirilməsi üçün istifadə olunub. Qeyd edək ki, təqdim olunan qrantların minimal məbləği 700 manat, maksimal məbləği isə 3100 manat təşkil edirdi. Gənc sahibkarlar tərəfindən cari ildə də biznesyönümlü startaplarla yanaşı, sosialyönümlü layihələr təqdim edilib.

“Miniboss Business School” qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcüd olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan “Miniboss Business School” hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli və Dünya çempionatları təşkil edir. Bu il dünya çempionatı isə 29 iyun-2 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Paylaş

Xəbər lenti

Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ Bu gün, 21:48 İran və İraqdan kürd qruplaşmaları ilə bağlı gözlənilməz qərar Bu gün, 21:48 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Bu gün, 21:48 Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı Bu gün, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda hesab bərabərləşdi Bu gün, 21:48 Sabah Bakıda bu yol bağlanır Bu gün, 21:48 Azərbaycana bu ölkələrdən balıqlar gətirilir - SİYAHI Bu gün, 21:48 Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: "Açarı dəyişib evə giriblər" Bu gün, 20:48 Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi Bu gün, 20:48 Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub Bu gün, 20:48 Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib Bu gün, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başlayıb Bu gün, 20:48 Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Bu gün, 19:48 "Haber Global": "Sistemli təxribatlar nəticə vermir - Azərbaycanla kədərdə də, sevincdə də birik" Bu gün, 19:48 Azərbaycanda balıqların qiyməti bahalaşıb - SON QİYMƏTLƏR Bu gün, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb Bu gün, 19:48 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb Bu gün, 19:48 Türkiyədə qadın alt paltarı mağazasının dualarla açılışı edildi Bu gün, 18:48 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb Bu gün, 18:48 Kadir İnanırın sürücüsü: "Ona qan verdim deyə işdən qovuldum" Bu gün, 18:48 Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü" Bu gün, 18:48 Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Bu gün, 18:48 Bu ərazidə yollar təmir olunacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 18:48 Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb Bu gün, 18:48 Azərbaycan XİN Fransaya səfərlə bağlı xəbərdarlıq edib Bu gün, 18:48 4 yaşlı qızını itirən Türkiyə gözəli: "Mümkün olsaydı, ürəyimi ona verərdim" Bu gün, 17:49 Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib Bu gün, 17:49 Nəriman Nərimanovun Şəkiyə gəldiyi fayton - MÜZEYDƏ SƏRGİLƏNİR Bu gün, 17:48 Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq Bu gün, 17:48 Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun ortağı ola bilər Bu gün, 17:48 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib Bu gün, 17:48 MKA: Dövlət rəsmilərinin yaxınlarına qarşı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur Bu gün, 17:48 Türkiyədə seldən ölənlərin sayı 10-a çatdı Bu gün, 17:48 Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər Bu gün, 16:48 "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Bu gün, 16:48 General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox… Bu gün, 16:48 Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM Bu gün, 16:48 Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM Bu gün, 16:48 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib Bu gün, 16:48 Bakıda bu spirtli içkinin saxtası hazırlanırmış... Bu gün, 16:48 Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətini gücləndirməyə çağırıb Bu gün, 16:48 Roza Zərgərli bu qonşu ölkənin üç şəhərində konsert verdi Bu gün, 16:48 Rusiyalı müğənnidə bədxassəli şiş aşkarlandı Bu gün, 16:48 She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı Bu gün, 16:48 "Leonardo Art School" və "MiniBoss Business School" birgə təhsil proqramı elan etdi Bu gün, 15:48 Bu tarixdən leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar Bu gün, 15:48 Azərbaycandan neft məhsullarının ixracı 1,5 dəfə artıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR