1-07-2024, 14:45 565

ADSEA selin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işləri açıqlayıb

Azərbaycanda intensiv yağışlar səbəbindən artan sel suları, küçələri, həyətyanı sahələri, ictimai iaşə obyektlərini daş, çınqıl və lil ilə örtərək, küçələri keçilməz edib, təsərrüfatlara ziyan dəyib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilir ki, iyun ayının 26-sı və 27-də Astara rayonunun Siyəkü kənd inzibati ərazi dairəsində kənd məktəbinin qarşısında avtomobil yolunun sel sularına məruz qalması nəticəsində yolun hərəkət hissəsində çətinliklər yaranıb. Yaranan çətinliklərin aradan qaldırılması üçün Agentliyin yerli istismar idarəsi tərəfindən maşın-mexanizmlərlə yolun hərəkət hissəsi bərpa olunaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda həmin ərazidə sel sularına məruz qalan 1 ədəd piyada körpüsü də bərpa olunaraq istifadəyə verilib. Hazırda Pensər çayında məcra təmizləmə işləri davam etdirilir.

Kürdəmir rayonunun ərazisində Girdimançay çayında su sərfinin artması nəticəsində rayonun Pirili-Ərşəli kəndləri ərazisindən keçən hissədə fəsadlar yaranıb. Selin qarşısının alınması məqsədilə Agentliyinin yerli istismar idarəsi tərəfindən əraziyə texnikalar cəlb olunaraq axan sel sularının istiqaməti dəyişdirilərək suyun kollektora axıdılması təmin olunub və suyun kənd ərazisinə daxil olmasının qarşısı alınıb.

Kür-Araz çaylarında yerli istismar idarəsi tərəfindən maşın və mexanizmlər cəlb olunaraq, çayların bəndlərinin bərpası mütəmadi olaraq aparılır. Eyni zamanda Sığırlı və Karrar kəndləri ərazisində yağış suları nəticəsində su basan həyətyanı sahələrdə fəsadların aradan qaldırılması üçün işlər davam etdirilir.

May-iyun aylarında İsmayıllı rayonuna yağan güclü yağış və dağ-dərələrdən gələn sel suları bir sıra fəsadlar yaradıb. Rayon ərazisindən keçən Cülyançay, Girdimançay, Talıstançay, Göyçay, Sirsaqçay, Ax-Ox çay çaylarından güclü sel keçib. Sel suları torpaq mühafizə bəndlərini yuyaraq yararsız hala salıb. Lahıc qəsəbəsində, Qurbanəfəndi və Topçu kəndlərində, dağlardan gələn güclü sel suları həyətyanı sahələrə, evlərə və təsərrüfatlara ciddi ziyan vurub. Talıstançay və Cülyançay çaylarının yatağı iri daşlar va ağac kötükləri tamamilə dolub, yolları dağıdıb, əhalinin gediş-gəlişinə çətinliklər yaradıb. Agentliyinin yerli istismar idarəsi tərəfindən əkin və həyətyanı sahələrdə sel suları nəticəsində baş verən fəsadlar aradan qaldırılıb. Eyni zamanda Göyçay, Türyançay, Talıstançay və Ax-ox çaylarında sel suları nəticəsində dağılan torpaq bəndlərin bərpası istiqamətində işlər davam etdirilir.

Qax rayonunun İbaxlı kəndinin sel sularından mühafizəsi üçün tədbirlər görülüb. Bundan basqa Əlibəyli və Ləkit kəndlərinin mühafizəsi üçün də əraziyə texnika cəlb olunaraq çaylarda sel sularından mühafizə tədbirləri həyata keçirilib.

Zaqatala rayonunun Muxaxçay, Talaçay, Qaraçay və Silbançay çaylarında sel sularından mühafizə olunmaq üçün texnikalarla çaylarda məcra təmizləmə işləri həyata keçirilib.

Hacıqabul rayonu ərazisində Pirsaatçay çayından suyun sərfi artması nəticəsində Rəncbər və Qubalıbaloğlan kəndlərinə gedən avtomobil yolu subasmaya məruz qalıb. Əraziyə texnikalar cəlb olunaraq fəsadlar aradan qaldırılır. Ələt qəsəbəsində yeni tikiləcək aeroportun ərazisinə suyun daxil olmasının qarşısının alınması üçün Pirsaatçaydan gələn suyun kollektora ötürülməsi təmin olunub.

Kür çayının bəndlərində və ona sol tərəfdən qoşulan Türyançay, Göyçay, Qaraçay və Girdmançay çaylarında Agentliyinin yerli istismar idarəsi tərəfindən bəndlərin hündürləşdirilməsi və möhkəmləndirilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Paylaş

Xəbər lenti

İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR