7-09-2024, 14:42 1351

Erməniəsilli münsifə balabanı qəbul etdirən ifaçı: Məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir - VİDEO

Məqsədim Azərbaycan balabanını dünyaya tanıdaraq daha böyük uğurlara imza atmaq və ölkəmizi layiqincə təmsil etməkdir.

Bunu “AVESTA.AZ”a müsahibəsində 24 yaşlı balaban ifaçısı Anar Vəlizadə deyib.

Əslən şuşalı olan müsahibimiz musiqiçi ailəsində böyüyüb. Bu sahəyə isə uşaq yaşlarından marağı olub:

“İlk musiqi aləti olaraq nağaradan başlamışam. Musiqi məktəbində nağara ixtisası üzrə təhsil aldıqdan sonra 5 illik musiqi məktəbinin sonunda balaban ixtisası üzrə eyni musiqi məktəbində təhsil alıb, yolumu balaban aləti ilə davam etdirmək qərarına gəldim. 2017-ci ildə Milli Konservatoriyaya daxil olub konsertlərdə, yarışmalarda iştirak etməyə başladım”.

Bir neçə il bundan əvvəl ABŞ-də iştirak etdiyi müsabiqədə Azərbaycanı layiqincə təmsil edən ifaçı bu günlərdə Özbəkistanın Səmərqənd şəhərində də eyni uğuru əldə edib:

“2019-cu ildə onlayn yolla ABŞ-də keçirilən müsabiqəyə qoşulmuşdum. Açığı, nəsə bir cavab gələcəyini gözləmirdim. Bir neçə aydan sonra cavab gəldi ki, qalib olmusan. Azərbaycanın adını birinci yerdə görəndə çox böyük qürur hissi yaşadım. Bununla bağlı bizi ABŞ-yə dəvət etdilər. Müsabiqədəki münsiflərdən biri erməniəsilli idi. O balabanı “duduk” kimi təqdim etməyə çalışdı, o zaman bildirdim ki, əgər təqdimat belə olarsa, səhnəyə çıxmayacağam. Çünki o Azərbaycanın qədim musiqi aləti balabandır. Nəticədə musiqi alətimiz elə balaban kimi təqdim olundu və mən səhnəyə çıxdım".

A.Vəlizadə deyir ki, Nyu-York şəhərində yerləşən, dünyanın ən böyük səhnələrindən biri olan "Cornegie Hall"da çıxış edərək Azərbaycanın adını 50-dən çox ölkənin iştirak etdiyi müsabiqədə 1-ci yerdə görmək ona çox böyük qürur hissi yaşadıb:

"Bu günlərdə isə Özbəkistanın Səmərqənd şəhərində “Şərq təranələri” (“Şark taronalari”) adlı müsabiqədə “Simurq” qrupu olaraq çıxış etdik. Çox uğurlu nəticələnən çıxışdan sonra Qran-pri mükafatı alaraq ölkəyə qayıtdıq. Bundan sonra da hədəfim Azərbaycanın adını layiqincə təmsil etmək, dünya səviyyəli uğurlara imza atmaqdır”.

Video: Vüqar Xanlarov

Paylaş

Xəbər lenti

Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb Bu gün, 21:48 Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq Bu gün, 21:48 53 yaşlı kişi qətlə yetirilib Bu gün, 21:48 Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib Bu gün, 21:48 Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Bu gün, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub Bu gün, 21:48 "Mançester Yunayted" Karlos Balebanı heyətinə qatdığını açıqlayıb Bu gün, 21:48 Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq Bu gün, 21:48 Nə müharibələr, nə pandemiyalar zamanı olmuşdu: Bəşəriyyət azalmaq təhlükəsi ilə üz-üzə Bu gün, 21:48 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib Bu gün, 20:48 Yaxın Şərqdə yeni mərhələ: Parçalanan dövlətlər toparlana biləcək? Bu gün, 20:48 Sabah" - "Hapoel" oyununun start heyətləri bəlli oldu Bu gün, 20:48 Elxan Mütəllimov DOST Agentliyində departament müdiri təyin edilib Bu gün, 20:48 Tramp Hörmüzlə bağlı "sıfır dözüm siyasəti" elan etdi: "Gəmilər məhv ediləcək" Bu gün, 20:48 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" Bu gün, 20:48 Kamil Xasiyev etimadnaməsinin sürətini Maksimilian Henniqə təqdim edib Bu gün, 19:48 Niderlandlı futbolçu Ernest Poku "Beşiktaş"a keçir Bu gün, 19:48 Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib Bu gün, 19:48 Dələduzluqda təqsirləndirilən şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib Bu gün, 19:48 Fuad Hüseynəliyev: Süni intellekt gənclərə tarixi çatdırmaqda mühüm vasitə ola bilər Bu gün, 18:48 Paşinyan müxalifəti hərbi müdaxilələr hazırlamaqda ittiham edib Bu gün, 18:48 Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb Bu gün, 18:48 Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlanıb Bu gün, 18:48 Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib Bu gün, 17:48 Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 17:48 Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? Bu gün, 17:48 Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib Bu gün, 17:48 Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib Bu gün, 17:48 Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub Bu gün, 17:48 Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib Bu gün, 17:48 "Qazaxıstan" telekanalı Azərbaycanla birgə media layihələrində maraqlıdır Bu gün, 17:48 "McDonald"s Azərbaycan" "Nizami Mall"-da yeni restoran açıb Bu gün, 17:48 Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu Bu gün, 17:48 Bred Pitt: "Evləndiyim üçün çox peşmanam, gərək... " Bu gün, 17:48 Bakıdan Daşkəndə uzanan qardaşlıq yolu: Azərbaycan–Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - ŞƏRH Bu gün, 16:48 Zelenski İlham Əliyevə təşəkkür edib, Azərbaycanın dəstəyini qeyd edib Bu gün, 16:48 Azercell qadınları dəstəkləyən müsabiqə elan edir Bu gün, 16:48 Kərim Vəliyev pakistanlı həmkarı ilə hərbi təhsillə bağlı müzakirələr aparıb Bu gün, 16:48 Eldar Hacıbalayev vəzifəsindən azad edildi Bu gün, 16:48 Bakıda gecə klubunda baş verən yanğın söndürülüb Bu gün, 16:48 Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib Bu gün, 16:48 Bakıda uşaq əyləncə mərkəzi Moka Land-də "1+1" aksiyası – ikinci uşaq pulsuz Bu gün, 16:48 İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM Bu gün, 16:48 "Azəripək" "Azərxalça"ya birləşdirilib Bu gün, 16:48 Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir Bu gün, 16:48 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb Bu gün, 15:48 AQTA: 158 kq uyğunsuz dondurma məhv edilib Bu gün, 15:48 Son yeddi ayda 83 uşaq övladlığa verilib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR