22-09-2022, 16:29 687

"Prezident İlham Əliyevin Laçına səfəri və Laçın rayon mərkəzində Azərbaycanın üçrəngli bayrağını qaldırması tarixi hadisədir".

Bu sözləri "AVESTA.AZ"a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, Laçın şəhərinin tamamilə düşməndən təmizlənməsi qısa müddətdə burada məşkunlaşmanın təmin edilməsi baxımından çox ciddi bir addımdır.

Prezident İlham Əliyevin Laçında həm Azərbaycan ictimaiyyətinə, həm də dünya birliyinə çox ciddi mesajlar verdiyini vurğulayan deputat hesab edir ki, həmin mesajlar Ermənistan tərəfindən diqqətlə dinlənilib. M.Quliyev ağıllı ermənilərin bunlardan dərs götürəcəklərinə ümid etdiyini bildirib.

Deputat həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi sentyabr təxribatlarından da danışıb. O, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı hər iki ölkənin götürdüyü öhdəliklərdən də söz açıb. Ermənistanla Azərbaycan arasında sərhədlərin hələ ki, müəyyənləşmədiyini xatırladan M.Quliyev bildirib ki, Azərbaycanı Ermənistan tərəfinə keçib sərhədləri pozmaqda ittiham etmək heç bir hüquqa və ədalətə sığmır:

"Belə olan halda Azərbaycan Ordusunun Ermənistan sərhədlərini pozması barədə ittihamlar irəli sürmək nə qədər doğrudur?! 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanatda sərhədlərin müəyyənləşməsi tərəflər üçün bir öhdəlik kimi qoyulub. Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Lakin Ermənistan tərəfi bu günə qədər keçirilən bütün görüşlərdə tələblərlə razılaşdığını bildirsə də, öz vədlərinin arxasından qaçıb. Digər tərəfdən Prezident İlham Əliyevin çıxışında xəritələrlə bağlı fikirləri xüsusi diqqəti çəkən məqamdır. Belə ki, IX-XX əsr xəritələri əlimizdədir və bu xəritələrin heç birində sözügedən ərazilərin Ermənistan əraziləri kimi göstərilməsi faktı yoxdur. Ona görə də Ermənistanın və bəzi ermənipərəst qüvvələrin Azərbaycana qarşı ittihamlar irəli sürməsi heç bir hüquq normalarına uyğun gəlmir. Azərbaycan qalib olmasına baxmayaraq ilk sülh çağırışı ilə çıxış edən tərəf olub və iki ilə yaxındır ki, bu təşəbbüsün üzərində qalırıq. Bəs Ermənistan və yenidən özünü reanimasiya etməyə çalışan Minsk Qrupu niyə indiyə qədər bu təşəbbüsə öz töhfəsini verməyib?".

Milli Məclisin deputatı vurğulayıb ki, əgər Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, Azərbaycanı heç nədə ittiham edə bilməz: "Azərbaycan həyata keçirdiyi bütün əməliyyatlarda erməni təxribatının qarşısını almaq üçün bu addımları atıb. 12-13 sentyabr hadisələri də Ermənistan üçün dərs olmayıbsa, onlar çox ciddi şəkildə cəzalandırıla bilərlər. Unutmasınlar ki, Azərbaycan Ordusu onlara İrəvanın özündə də dərs vermək gücünə malikdir".

Paylaş

Xəbər lenti

Qazaxda açıq ərazidə yanğın baş verib Bu gün, 22:48 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb Bu gün, 22:48 Mbappe Olisenin "Real"a keçidi ilə bağlı danışdı: "Belə məsləhət vermək hörmətsizlik olardı" Bu gün, 22:48 Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib Bu gün, 22:48 Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazandı Bu gün, 22:48 Yeni yaranan planet aşkarlandı Bu gün, 22:48 Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? - Polis ərazini nəzarətə götürdü Bu gün, 21:48 ABŞ-də ağdərili cütlüyün qaradərili körpəsi ailədə qalmaqala səbəb oldu Bu gün, 21:48 Şərifov: Birgə Komissiyanın 9-cu iclası Bakı və Ər-Riyad arasında əməkdaşlığa mühüm töhfə verəcək Bu gün, 21:48 "Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib Bu gün, 21:48 UFO kimi qəbul edilən obyektlərin sirri: Əslində nə görürük? Bu gün, 21:48 Fransa İrandan diplomatiya yoluna qayıtmağı tələb etdi Bu gün, 21:48 Şahin Mustafayev: "Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır" Bu gün, 20:48 Politoloq: Paşinyanın Qarabağdakı separatçı rejimə dəstəyi Praqada əldə olunan razılaşmalarla ziddiyyət təşkil edirdi Bu gün, 20:48 "Vətən daşı"nın quruluşçu rejissoru: "Çox uğurlu layihə olacaq" Bu gün, 20:48 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı Bu gün, 20:48 Azərbaycan və Fransanın XİN başçıları görüşüb Bu gün, 20:48 Xəstə halda işə, məktəbə getmək nə qədər təhlükəlidir? - XƏBƏRDARLIQ Bu gün, 20:48 Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır Bu gün, 20:48 Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub Bu gün, 20:48 Qəzza ilə bağlı YENİ PLAN Bu gün, 19:48 Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb Bu gün, 19:48 "Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib Bu gün, 19:48 Bakıda əmlak bazarında QİYMƏT ARTIMI: Torpaq və mənzillər bahalaşdı Bu gün, 19:48 "2020-ci il müharibəsinə aparan yol "yeni müharibə – yeni ərazilər" şüarından keçirdi" - RƏY Bu gün, 18:48 Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI Bu gün, 18:48 Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı Bu gün, 18:48 Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır Bu gün, 18:48 Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 18:48 Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir Bu gün, 18:48 Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib Bu gün, 17:48 "Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib Bu gün, 17:48 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb Bu gün, 17:48 Alimlər uzunömürlülüyün əsas sirrini açıqladı: Kifayət qədər yuxu Bu gün, 17:48 Azərbaycanda ilk LEGO Certified Store "TORGROUP Global" tərəfdaşlığı ilə açılır Bu gün, 17:48 BMT-nin sınaq həftəsi: Qlobal böhranlara çarə tapılacaqmı? Bu gün, 17:48 3 maskalı şəxs Olimpiya çempionunun "Porsche"sini oğurladı Bu gün, 17:48 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü Bu gün, 16:48 "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" birləşdirilib Bu gün, 16:48 "Şəfa" komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub Bu gün, 16:48 Yeniyetməlikdə bu xəta qocalmanı SÜRƏTLƏNDİRİR: Alimlərdən ŞOK NƏTİCƏ Bu gün, 16:48 "Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb Bu gün, 16:48 Makron çağırış etdi: Uşaqları qorumaq üçün süni intellekt modelləri yoxlanılmalıdır Bu gün, 16:48 "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib Bu gün, 16:48 "AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib Bu gün, 16:48 Əhali qorxu içində: "Üstümə cumdu, məni yerlə sürüdü" Bu gün, 16:48 Bryus Uillisin səhhəti pisləşir: ailəsi aktyorun vəziyyəti barədə danışdı Bu gün, 16:48 Yer kürəsinin iki nəhəng buz örtüyü 47 ildə 12 trilyon tondan çox buz itirib Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR