29-12-2024, 11:53 462

AHİK və üzv təşkilatlar uşaqları müxtəlif hədiyyələrlə sevindirib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar qarşıdan gələn bayramlarla əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında yaşayan uşaqlar, o cümlədən ittifaq üzvlərinin övladlarını müxtəlif hədiyyələrlə sevindirib.

Bu aksiya Həmrəylik Gününü və Yeni ili öz ata-baba yurdunda qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib.

Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən bayram tədbirində AHİK sədrinin müavini Hikmət Osmanov uşaqları təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyətindən və xalqımızın birliyindən danışıb, bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri qeyrət qalamız və mədəniyyət beşiyimiz olan Şuşanı düşməndən təmizləyib, 30 il sürən həsrətdən sonra əsl sakinlər öz yurdlarına dönüblər.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəlyinin məsləhətçisi Ülvi Heydərov isə bildirib ki, Yeni il bayramlarını ilk dəfə Şuşada qarşılayan fidanların öz yurdlarında təhsil almaları, hərtərəfli yetişmələri üçün hər cür şərait yaradılır.

Uşaqları təbrik edən AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova isə Heydər Əliyev Fondunun böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunması naminə həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edib.

Sonda uşaqlara bayram sovqatları paylanılıb.

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən AHİK sədrinin müavini Qəzənfər Abdullayev bildirib ki, şəhərdə aparılan abadlıq işləri işğalın fəsadlarının aradan qaldırılması istiqamətində dövlətimizin gücünü göstərir. Onun sözlərinə görə, AHİK və üzv təşkilatlar Qarabağ və Şərqi Zəngəzura qayıdan ailələrin övladları üçün bayram şənliyi keçirməkdən fərəh duyur.

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhrəmanov həmkarlar ittifaqlarının fəaliyyətinə toxunub, keçirilən bu cür layihələrin əhəmiyyətindən bəhs edib.

Sonda uşaqlara bayram sovqatları paylanılıb.

AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev Xocalı şəhər 1 №-li tam orta məktəbin şagirdləri üçün keçirilən bayram tədbirində diqqətə çatdırıb ki, uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi dövlətimizin uşaq siyasətinin prioritet istiqamətidir. Cəmaləddin Quliyev AHİK-in uşaqlarla bağlı həyata keçirdiyi tədbir və layihələrdən də danışıb.

Xocalı şəhər 1 №-li tam orta məktəbin direktoru Nəvai Həsənov uşaqlara göstərilən diqqəti yüksək dəyərləndirib və həmkarlar ittifaqlarına təşəkkür edib.

Tədbirdə uşaqlar vətənpərvərlik mövzusunda və bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, öz yurdlarında yaşamağın sevincini bölüşüblər.

AHİK və üzv təşkilatların nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində həmçinin Cəbrayıl, Füzuli, Zəngilan, Laçın, Xankəndi və Xocalı şəhərlərində yaşayan uşaqlarla görüşərək onlara bayram hədiyyələri veriblər.

Naxçıvan Muxtar Respublikasında da uşaqlarla bayram görüşü keçirilib. Görüşdə dövlətimizin uşaqlarla bağlı siyasətindən danışılıb, bayram təbrikləri səslənib. Sonra tədbirdə iştirak edən balacalara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hədiyyələri verilib.

Konfederasiyanın həyata keçirdiyi bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.

Paylaş

Xəbər lenti

İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib Dünən, 23:48 Dünya növbəti pandemiyanın astanasındadır? - "Yeni öldürücü ştamın ortaya çıxacağı mütləqdir" Dünən, 23:48 İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb Dünən, 23:48 Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır Dünən, 23:48 "Fars": ABŞ qüvvələrinin İordaniyaya köçürülməsinin qarşısı alınıb Dünən, 22:48 Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq Dünən, 22:48 Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib Dünən, 22:48 Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır Dünən, 22:48 Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? Dünən, 21:48 İranda neft tanker partlayıb, on nəfər ölüb Dünən, 21:48 "Formula-1": Qasli İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünən, 21:48 Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib Dünən, 21:48 ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib Dünən, 20:48 Üç azərbaycanlı atlet "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının qalibi olub Dünən, 20:48 Türkiyədə aktyor evində ölü tapılıb Dünən, 20:48 Badamdarda "şambo" dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur Dünən, 20:48 Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? Dünən, 19:48 Zelenski Azərbaycan əsilli prokuroru təltif edib Dünən, 19:48 Ötən gün 9 qanunsuz silah aşkarlanıb Dünən, 19:48 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib Dünən, 19:48 "Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb Dünən, 19:48 Aleksandar Vuçiç Serbiyanın baş naziri ola bilər Dünən, 19:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub Dünən, 18:48 Türkiyədə "Airbus A340" sərnişin təyyarəsi alovlandı Dünən, 18:48 Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA Dünən, 18:48 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var" Dünən, 18:48 ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı Dünən, 17:48 Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verilib Dünən, 17:48 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub Dünən, 17:48 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı Dünən, 17:48 Yunanıstanda "F-4 Phantom" qırıcısı aviaşou zamanı qəzaya uğrayıb Dünən, 17:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib Dünən, 17:48 Namiq klip çəkilişi zamanı yaşadığı qorxu dolu anlardan danışdı Dünən, 17:48 2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? - Tramp açıqladı Dünən, 16:48 Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb Dünən, 16:48 Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb Dünən, 16:48 Azərbaycan xizəkçisi Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazanıb Dünən, 16:48 Bakıda avtomobilə hücum edən qadın barədə DİN-dən AÇIQLAMA Dünən, 16:48 Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib Dünən, 16:48 Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib Dünən, 15:48 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı Dünən, 15:48 Həyat yoldaşından 64 yaşlı Seda Sayana: "Ay kimisən, sevgilim!" Dünən, 15:48 Masazır sakinlərini qorxudan məsələnin aqibəti necə oldu? Dünən, 15:48 Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək Dünən, 15:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununu keçirib Dünən, 15:48 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? Dünən, 14:48 Azərbaycandan Ermənistana növbəti qatar yola düşdü Dünən, 14:48 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR