18-02-2025, 09:59 600

Bir qrup tələbəyə adlı təqaüd verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edib.

AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiyanın və ATİAHİRK-nın rəhbərləri, ölkənin bir sıra nüfuzlu ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, AƏSMA-nın müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmış şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin vətənpərvər ruhda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd edib. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafında xidmətlərini vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, Konfederasiya dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən olan “Adlı təqaüd”ün tələbə gənclərin elm və təhsilə marağının artmasına, potensialının inkişafına əhəmiyyətli töhfə verir.

AƏSMA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin prioritet məsələlərdən olduğunu qeyd edib, elmi tərəqqinin, yüksək texnologiyanın inkişaf etdiyi hazırkı dövrün çağırışlarının qarşıya yeni hədəflər qoyduğunu, bu cür layihələrin gənclərə stimul verdiyini diqqətə çatdırıb.

Azərbaycanın regionda iqtisadi və siyasi cəhətdən güclü ölkəyə çevrildiyini vurğulayan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən danışıb, tələbə gənclərin potensialının üzə çıxarılmasında “Adlı təqaüd” kimi layihələrin əhəmiyyətini qeyd edib, AHİK-lə əlaqələrin genişləndirilməsi istiqamətində təkliflərini səsləndirib.

Sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, ali təhsilə əlçatanlığın təmin olunması üçün görülən işlərdən danışıb, gənclərin elmə, təhsilə marağının artırılmasında layihənin önəmini qeyd edib.

Tədbirin sonunda “Adlı təqaüd”ə layiq görülən tələbələrə hədiyyələr təqdim olunub.

Təqaüd alan tələbələr çıxış edərək göstərilən etimadın onları daha yaxşı oxumağa həvəsləndirdiyini, elmə, təhsilə maraqlarını daha da artırdığını vurğulayıblar.

ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir, ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki inkişafına dəstək məqsədi daşıyır.

Paylaş

Xəbər lenti

Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR