3-05-2025, 18:48 387

Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib

Qubada təşkil olunan yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner və digər rəsmi şəxslər iştirak ediblər.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu idmançılara uğurlar arzulayıb və EJU-ya göstərdikləri etimada görə təşəkkür edib: "Bu turnir bizim üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cüdo Federasiyası olaraq regionlarda cüdonun kütləviləşdirilməsi və idman infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü addımlar atırıq. Turnirin regionlarda təşkili, eyni zamanda, cənab Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasına uyğundur".

Gənclər və idman naziri Fərid Qayıbov tədbir iştirakçılarını salamlayıb. O, bu həftə ölkədə üç beynəlxalq yarışın baş tutduğunu xatırladıb: "Bütün iştirakçılara uğurlar arzulayıb. Güclü qalib gəlsin".

Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner EJU-nun prezidenti Laslo Totun salamlarını çatdırıb:

"Bütün cüdo ailəsi adından Azərbaycan Cüdo Federasiyasına bu yarışı təşkil etdikləri üçün dərin təşəkkürümü bildirirəm. Qubadakı Avropa Kuboku əhatə coğrafiyası və yeniyetmə idmançıların inkişafı baxımından çox vacib əhəmiyyət daşıyır. Əminəm ki, bir neçə ildən sonra bu idmançılardan bəzilərini Avropa və dünya çempionatlarının qaliblər kürsüsündə görəcəyik. Quba Avropa Kuboku 2025-i açıq elan etdiyim üçün qürur duyuram".

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, mayın 4-də başa çatacaq yarışda Azərbaycanı 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.

Paylaş

Xəbər lenti

ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib Bu gün, 20:48 Üç azərbaycanlı atlet "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının qalibi olub Bu gün, 20:48 Türkiyədə aktyor evində ölü tapılıb Bu gün, 20:48 Badamdarda "şambo" dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur Bu gün, 20:48 Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? Bu gün, 19:48 Zelenski Azərbaycan əsilli prokuroru təltif edib Bu gün, 19:48 Ötən gün 9 qanunsuz silah aşkarlanıb Bu gün, 19:48 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib Bu gün, 19:48 "Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb Bu gün, 19:48 Aleksandar Vuçiç Serbiyanın baş naziri ola bilər Bu gün, 19:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub Bu gün, 18:48 Türkiyədə "Airbus A340" sərnişin təyyarəsi alovlandı Bu gün, 18:48 Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA Bu gün, 18:48 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var" Bu gün, 18:48 ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı Bu gün, 17:48 Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verilib Bu gün, 17:48 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub Bu gün, 17:48 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı Bu gün, 17:48 Yunanıstanda "F-4 Phantom" qırıcısı aviaşou zamanı qəzaya uğrayıb Bu gün, 17:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib Bu gün, 17:48 Namiq klip çəkilişi zamanı yaşadığı qorxu dolu anlardan danışdı Bu gün, 17:48 2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? - Tramp açıqladı Bu gün, 16:48 Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb Bu gün, 16:48 Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb Bu gün, 16:48 Azərbaycan xizəkçisi Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazanıb Bu gün, 16:48 Bakıda avtomobilə hücum edən qadın barədə DİN-dən AÇIQLAMA Bu gün, 16:48 Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib Bu gün, 16:48 Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib Bu gün, 15:48 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı Bu gün, 15:48 Həyat yoldaşından 64 yaşlı Seda Sayana: "Ay kimisən, sevgilim!" Bu gün, 15:48 Masazır sakinlərini qorxudan məsələnin aqibəti necə oldu? Bu gün, 15:48 Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək Bu gün, 15:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununu keçirib Bu gün, 15:48 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? Bu gün, 14:48 Azərbaycandan Ermənistana növbəti qatar yola düşdü Bu gün, 14:48 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib Bu gün, 14:48 Türkiyədə bu məşhurların QANUNSUZ TİKİLƏN EVLƏRİ SÖKÜLƏCƏK - SİYAHI Bu gün, 14:48 Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır Bu gün, 14:48 Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir - Toy bu tarixdə olacaq Bu gün, 14:48 Bakıda keçirilən "IRONMAN 70.3" triatlon yarışının qalibi müəyyənləşdi Bu gün, 13:48 Azərbaycanda kinooperator vəfat etdi Bu gün, 13:48 "Sabah" klubu 10 milyon manatlıq layihə həyata keçirəcək Bu gün, 13:48 "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb Bu gün, 13:48 Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm" Bu gün, 13:48 Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI Bu gün, 12:48 İstanbulda hoteldə yanğın - 12 nəfər xəstəxanalıq oldu Bu gün, 12:48 Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq Bu gün, 12:48 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR