
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqların əsas nəticəsinin hərbi əsirlərin "1000 nəfərə 1000 nəfər" formatında mübadiləsi olduğunu bildirib.
Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Hazırda komandamız mübadilə detalları üzərində işləyir. Kömək edən hər kəsə minnətdaram", – deyə Zelenski qeyd edib.
O, həmçinin Kiyevin 30 günlük atəşkəsə hazır olduğunu bir daha bəyan edib.
Zelenski əlavə olaraq daimi və geniş tərkibli milli danışıqlar qrupunun formalaşdırılacağını da elan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.