14-06-2025, 19:48 436

Lavrov: Rusiya İsrailin hərbi əməliyyatını pisləyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Söhbət zamanı Lavrov Moskvanın İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması, eləcə də İran və İsrail arasında münaqişənin deeskalasiyasına kömək etmək üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.

Qeyd olunur ki, söhbət Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında iyunun 13-də baş tutan telefon danışığının davamı olaraq Tehran tərəfinin təşəbbüsü ilə baş tutub: "Rusiya tərəfi bir daha vurğulayıb ki, Moskva İsrailin İrana qarşı BMT Nizamnaməsi və beynəlxalq hüququ pozmaqla həyata keçirdiyi hərbi əməliyyatı pisləyir", - bəyanatda vurğulanıb.

Həmçinin bildirilib ki, Lavrov İran ərazisinə endirilən zərbələr nəticəsində çoxsaylı insan tələfatı, o cümlədən mülki şəxslərlə bağlı həmkarına başsağlığı verib.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı "Yüksələn Şir" ("Rising Lion") əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.

Nəticədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Səlami, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri ölüb. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

Öz növbəsində, İran da İsrailə cavab zərbələri endirib.

Paylaş

Xəbər lenti

İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Bu gün, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Bu gün, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Bu gün, 20:48 Təsərrüfat sahibləri üçün yenilik Bu gün, 20:48 İş axtaranlara şad xəbər Bu gün, 20:48 Sahibə Qafarova Qazaxıstana səfər edib Bu gün, 19:48 Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb Bu gün, 19:48 Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia Bu gün, 19:48 Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək Bu gün, 19:48 DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək Bu gün, 19:48 Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq Bu gün, 18:48 24 tona yaxın yararsız hind quşu əti məhv edildi Bu gün, 18:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Bu gün, 18:48 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Bu gün, 18:48 Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR Bu gün, 18:48 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər Bu gün, 18:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Bu gün, 17:48 Onlar COP31-də çxış edəcəklər Bu gün, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Bu gün, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Bu gün, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Bu gün, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Bu gün, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Bu gün, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Bu gün, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Bu gün, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Bu gün, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Bu gün, 16:48 Əməkdar artist vəfat edən Xalq artistləri ilə fotosunu paylaşdı Bu gün, 16:48 İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi Bu gün, 16:48 Baku TV-nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edildi Bu gün, 16:48 Eyfel qülləsi etirazlar səbəbindən ziyarətçilər üçün bağlanıb Bu gün, 16:48 Gələcəkdə yay yarım il davam edə bilər – ŞOK PROQNOZ Bu gün, 16:48 "Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb Bu gün, 15:50 Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb Bu gün, 15:50 Sumqayıtda təmizlik işçiləri 2 aydır maaş ala bilmir - İcradan CAVAB Bu gün, 15:49 Kriştiano Ronaldo millidən AYRILDI Bu gün, 15:49 İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək Bu gün, 15:48 Arda Turanın həyat yoldaşı: "Münasibətdə dava etmək lazımdır" Bu gün, 15:48 "İlham Əliyev alnından öpüləcək adamdır" Bu gün, 15:48 Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI Bu gün, 15:48 Əməkdar artist muğam mərkəzi açıb Bu gün, 15:48 İlham Əliyev Radiorabitə Reqlamentinin yenilənmiş variantını təsdiqləyib Bu gün, 15:48 Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ Bu gün, 15:48 Azərbaycanda ilk dəniz milli parkı yaradılır Bu gün, 15:48 Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi Bu gün, 14:48 AİD Group rəhbəri Samir Yəhyazadə barəsində Apellyasiya Məhkəməsi yeni qərar verib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR