6-08-2025, 16:48 468

Bakıda imkanlı xanımlarla tanış olub 170 min manata yaxın məbləği ələ keçirən şəxsə AĞIR CƏZA

Bakıda tanış olduğu xanımlara qarşı dələduzluq etməkdə ittiham olunan şəxs həbs edilib. O, maddi imkanı yaxşı olan xanımlara özünü iş adamı, imkanlı şəxs kimi təqdim edərək münasibət qurub. Sonra həmin münasibətləri sevgiyə çevirməyi bacarıb. Ən sonda isə həmin qadınlara qarşı dələduzluq edib.

BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, 36 yaşlı Xəyyam 4 nəfərə qarşı dələduzluqda ittiham olunur.

Onun külli miqdarda zərər vurduğu şəxslər də var.

İstintaq zamanı müəyyən edilib ki, Xəyyam daha əvvəl də oğurluq və dələduzluq maddələri ilə təqsirli bilinərək həbs edilib. Sonuncu dəfə 2021-ci ildə dələduzluğa görə aldığı cəza başa çataraq azadlığa buraxılıbmış.

İttihama görə, Xəyyam əvvəlcə Ləman adlı xanımla tanış olub. Onun avtomobilini lombarda girov qoyaraq 6 000 manat kredit götürüb. Həmçinin həmin xanımın 1 700 manatlıq planşetini ələ keçirib.

Sonra isə Aliyə adlı xanımla tanış olub. Özünü imkanlı, atasını isə tikinti şirkətinin sahibi olan şəxs kimi təqdim edib. Aliyə ilə tanış olaraq onunla ailə həyatı quracağını deyib. Xəyyam Aliyənin "Lexus LX-570" maşınını satmaq istədiyini bilib. Həmin avtomobili sataraq "Porsche" almaq istəyən Aliyəni aldatmaqda ittiham olunur. Aliyənin avtomobilini 60 min manata satıb. Sonra isə "Porsche" markalı avtomobilin sənədləşmə işlərinə görə 17 min manat alıb. Xəyyam daha baha qiymətə olan "Porsche"ni alaraq Aliyəyə hədiyyə edəcəyini deyib. Lakin həmin məbləği ələ keçirib.

Xəyyam tanış olduğu Leyla adlı xanıma qarşı da eyni üsulla dələduzluq edib. Leyla adlı xanım tanışlıqdan sonra Xəyyama avtomobilini dəyişmək istədiyini deyib. Bu məqsədlə Leylanın "Mercedes" markalı avtomobilini salonlardan birinə satmağa razılaşıblar. Həmin avtomobili 27 min dollara satıblar. Lakin Xəyyam avtosalondan götürdüyü pulu Leylaya çatdırmayıb.

İstintaqla müəyyən edilib ki, Xəyyam sonda tanış olduğu Aytən adlı xanıma qarşı da 17 min manatlıq dələduzluq edib. Həmin xanım tikinti şirkətlərindən birində satış direktoru işləyirmiş. Xəyyam ev almaq adı ilə həmin şirkətə gedərək Aytən adlı xanımla tanışlıq edib. Sonra onlar arasında münasibət yaranıb. Xəyyam MİDA-dan ev almaq istəyən Aytəndən 20 min manat alaraq ələ keçirib.

Zərərçəkmiş xanımların ifadələrindən məlum olub ki, Xəyyam tanışlıq zamanı özünü biznesmen kimi təqdim edib, atasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, anasının isə xəstəxanalardan birinin baş həkimi olduğunu deyirmiş.

Elan edilmiş heç bir ittihamla özünü təqsirli bilməyən Xəyyam deyib ki, xanımlarla münasibət quran zaman onları aldatmaq fikri olmayıb. Onun sözlərinə görə, xanımların ona qarşı irəli sürdüyü ittihamlar əsassızdır.

İstintaq zamanı məlum olub ki, Xəyyam bu hadisələrdən sonra Türkiyəyə gedərək bir il orada yaşayıb. Sonra isə Azərbaycana qayıdıb. Azərbaycana qayıdandan sonra barəsində edilmiş şikayətlərlə həbs olunub.

Məhkəmənin hökmü ilə Xəyyam 8 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş

Xəbər lenti

Belçikanın baş naziri istefa ərizəsini krala təqdim edib Bu gün, 18:48 Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib Bu gün, 18:48 Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 14 ünvanda... Bu gün, 18:48 Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər Bu gün, 18:48 Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb Bu gün, 18:48 "Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" Mükafatına Layiq Görüldü Bu gün, 17:48 "Diriliş Ertuğrul" serialına baxıb infarkt keçirdi, Bakıda əməliyyat olundu Bu gün, 17:48 "Gözel Seeds" və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi Bu gün, 17:48 Sabah bu yolun bir hissəsi bağlanacaq Bu gün, 17:48 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı Bu gün, 17:48 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi Bu gün, 17:48 Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-ündə nöqsan aşkarlanıb Bu gün, 16:48 "Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma qiyməti AÇIQLANDI Bu gün, 16:48 Belçikada siyasi gərginlik: Kral baş nazirin istefasını qəbul etmədi Bu gün, 16:48 Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib Bu gün, 16:48 Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi Bu gün, 16:48 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq Bu gün, 16:48 Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanıb Bu gün, 16:48 SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb Bu gün, 15:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Oktyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət Bu gün, 15:48 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib Bu gün, 15:48 Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU Bu gün, 15:48 Yasamalda çörək emalı müəssisəsi bağlandı Bu gün, 15:48 Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 NETTY2026 ərizə qəbulu elan edir Bu gün, 15:48 Yeni mənzil alanların DİQQƏTİNƏ - Enerji pasportu qiymətləri necə dəyişəcək? Bu gün, 15:48 Tramp Kanada ilə ticarət sazişinin imzalanmasına yaxın olduqlarını açıqlayıb Bu gün, 14:48 SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb Bu gün, 14:48 Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər Bu gün, 14:48 SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb Bu gün, 14:48 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı Bu gün, 14:48 HONOR X9e Pro: Sərhədlərə meydan oxu Bu gün, 14:48 Azərbaycanda bu şəxslər üçün bəzi xidmətlər pulsuz ola bilər Bu gün, 14:48 Azərbaycanda bu sürücülər üçün imtahan keçiriləcək - DİM açıqladı Bu gün, 13:49 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Bu gün, 13:49 Sabah Bakıda 23 dərəcə isti olacaq Bu gün, 13:48 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia Bu gün, 13:48 ABŞ-də yaşayış ərazisinə təyyarə düşüb: 9 nəfər ölüb Bu gün, 13:48 Dəniz quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirdi Bu gün, 13:48 Nənələrin sevimli aksesuarı yenidən dəbə minir Bu gün, 13:48 Payızda ürəyi riskə atmadan idman etməyin YOLU AÇIQLANDI Bu gün, 13:48 "Qırmızı kitab"a düşmüş quş sərnişin təyyarəsinin işıqlarını zədələyib Bu gün, 13:48 Əvvəl 9 idi, indi 26 oldu - İstilik mövsümünə tez başlanılan rayonların sayı artırıldı Bu gün, 12:48 İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb Bu gün, 12:48 Əziz Ələkbərli: Qərbi Azərbaycana köçürülən ermənilər əcdadlarımıza məxsus dini abidələri ələ keçiriblər Bu gün, 12:48 Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq? Bu gün, 12:48 Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR