11-08-2025, 14:48 426

Ali məktəblərə ixtisas seçimi başlayıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb.

Bu barədə AVESTA.AZ-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19 avqust saat 23:59-dək in­ter­­net vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. İxtisasların siyahısı "Abituriyent" jurnalının 4 saylı buraxılışında verilib.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Müsabiqə şərtləri barədə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün 2025‑ci il avqustun 11-dən 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.

İxtisasların uyğunluğu "Abituriyent" jurnalının "2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı" adlı xüsusi buraxılışında təqdim olunan "Subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli"ndə verilib.

Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka­lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edək ki,müsabiqədə iştirak edənlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 9 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.

Abituriyent Məsləhət Mərkəzlərinin ünvanları (Bakı şəhəri və DİM-in regional bölmələri üzrə)

Rayon Təhsil Sektorları və məktəblərdə fəaliyyət göstərən Səyyar Məsləhət Mərkəzləri

***09:18

Bu gündən avqustun 19-dək bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminə başlanılır.

Bu barədə AVESTA.AZ-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, "Abituriyent" jurnalının 4 saylı buraxılışı, həmçinin "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" kitabçaları nəşr olunub.

Paylaş

Xəbər lenti

Bakıda Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirilib Bu gün, 00:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından... Dünən, 23:48 Dünyanın ən gənc kralı 34 yaşında vəfat etdi Dünən, 23:48 Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı Dünən, 23:48 "Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb Dünən, 23:48 Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir Dünən, 23:48 Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub Dünən, 23:48 Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə qarşılaşacaq Dünən, 23:48 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA Dünən, 22:48 Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ Dünən, 22:48 FİFA DÇ-2026 finalında dava salan argentinalı futbolçuların cəzasını yüngülləşdirdi Dünən, 22:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan... Dünən, 22:48 Müctəba Xameneinin müraciəti yayılıb Dünən, 22:48 Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər Dünən, 21:48 Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Dünən, 21:48 Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ Dünən, 21:48 Bir sinifdən 13 nəfər "Tibb"ə qəbul oldu: Məzunlardan biri 700 bal toplayıb Dünən, 21:48 Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? Dünən, 20:48 Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO Dünən, 20:48 Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB Dünən, 20:48 Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: "Mismarla gözünü çıxarmaq istəyirdim" Dünən, 20:48 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu Dünən, 20:48 Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb Dünən, 19:48 Ömrü uzatmağa kömək edən 30 saniyəlik sadə hərəkət Dünən, 19:48 Mirziyoyev: Tələbə qızların sayının artması Özbəkistanda Üçüncü İntibah dövrünün əlamətidir Dünən, 19:48 Azərbaycan Polşaya etiraz etdi: Səfir XİN-ə çağırıldı Dünən, 19:48 Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib Dünən, 18:48 Şamaxı sakinlərini boğaza yığan problem: "21-ci əsrdir, belə yaşayış olar?!" Dünən, 18:48 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək Dünən, 18:48 Mirziyoyev: Özbəkistan ÜDM-in 160 milyard dollara qədər artırılması hədəfini vaxtından əvvəl yerinə yetirəcək Dünən, 18:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... Dünən, 18:48 Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək Dünən, 18:48 Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır Dünən, 18:48 Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Dünən, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Dünən, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Dünən, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Dünən, 17:48 Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə" Dünən, 17:48 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR Dünən, 17:48 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI Dünən, 17:48 Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır Dünən, 17:48 Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb Dünən, 16:48 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB Dünən, 16:48 Kəlbəcərə dolu yağıb Dünən, 16:48 SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib Dünən, 16:48 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək Dünən, 16:48 SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR