28-08-2026, 18:48 143

Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə...

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulmuş Bakı-Xırdalan-Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt dəmir yolu xətlərinin təkmilləşdirilməsi, Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Yeni Suraxanı–Hövsan və Güzdək–Qaradağ dəmir yolu xətlərinin bərpası üzrə layihələrin icrasını "Azərbaycan Dəmir Yolları" QSC həyata keçirir".

Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Qurumdan qeyd edilib ki, proqram çərçivəsində dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası istiqamətində layihələndirmə işləri aparılır:

"Bu işlər bitirildikdən sonra stansiya və dayanacaqların sayı 40-a çatdırılacaq. Qeyd edək ki, bu ilin mayında Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb.

Hazırda Dövlət Proqramının icrası çərçivəsində dəmiryol xətləri üzrə layihələndirmə işləri davam etdirilir. Eyni zamanda, 2030-cu ilədək 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulub.

Paralel olaraq ölkəmizin digər bölgələrində də dəmiryol layihələrinin icrası həyata keçirilir. Hazırda Ağdam-Xankəndi dəmiryol xətti üzrə 3 ədəd stansiyanın (Əsgəran; Xocalı; Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) inşası nəzərdə tutulur. Dəmir yolu xəttinin layihələndirilməsi 90% yerinə yetirilib, xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi isə 44% təşkil edir.

Horadiz-Ağbənd layihəsi çərçivəsində isə 8 stansiyanın (Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) tikintisi nəzərdə tutulur. Dəmir yolu xəttinin layihələndirilməsi 85% yerinə yetirilib, layihə üzrə fiziki tərəqqi isə 73% təşkil edir.

Naxçıvanda dəmir yolu infrastrukturunun yenidən qurulması ilə bağlı işlər intensiv şəkildə davam etdirilir, regional kommunikasiyaların bərpası ilə mühüm addımlar atılır".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı" Bu gün, 16:48 Zelenski: Ukrayna işğal altındakı ərazilərdən imtina etməyəcək Bu gün, 16:48 Azərbaycanlı professor vəfat edib Bu gün, 16:48 Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu Bu gün, 15:48 ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var Bu gün, 15:48 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək Bu gün, 15:48 Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb Bu gün, 14:48 Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib Bu gün, 14:48 Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur Bu gün, 14:48 Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Bu gün, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Bu gün, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Bu gün, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Bu gün, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Bu gün, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Bu gün, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Bu gün, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Bu gün, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Bu gün, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Bu gün, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Bu gün, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Bu gün, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Bu gün, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Bu gün, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Bu gün, 10:49 Bakıda fəaliyyət göstərməyən kombinatda yanğın olub Bu gün, 10:48 "Haber Global": "Sosial şəbəkələrdə Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" Bu gün, 10:48 "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşacaq Bu gün, 10:48 Bakı-Tbilisi qatarında BİLET UCUZLAŞDI: Bu gündən... Bu gün, 09:48 Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi Bu gün, 09:48 Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi Bu gün, 09:48 Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı Bu gün, 09:48 Bakıda yaşlı qadını avtomobil vurdu Bu gün, 09:48 Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib Bu gün, 00:48 Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi Bu gün, 00:48 96 yaşlı milyarder 48 ildir su içmirmiş Bu gün, 00:48 Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48 Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib Dünən, 23:48 Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib Dünən, 23:48 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib Dünən, 22:48 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı Dünən, 22:48 SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb Dünən, 22:48 Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı Dünən, 22:48 "Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb Dünən, 21:48 Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır" Dünən, 21:48 Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR