
Şəkidə çaqqal qadına hücum edərək ona xəsarət yetirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şəki rayonunun İnçə kəndində baş verib.
Kənd ərazisində yerləşən evin həyətinə daxil olan çaqqal ev sahibi, 51 yaşlı Könül Abdurəhmanovanın sol bud nahiyəsindən dişləyib.
Qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluğa qarşı peyvənd vurulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.