
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startup School 4: Five Continents – 500 Startups" qlobal innovasiya proqramının yekun tədbiri – "Demo Day"də bildirib.
Onun sözlərinə görə, ekosistem 161 startapdan ibarətdir: "Son bir ildə Azərbaycanın startap ekosistemi 7 %-dən çox böyüyüb, bununla belə, dünya sıralamasında 81-ci yerdədir. Bu, onu göstərir ki, biz daha sürətlə inkişaf etmək potensialına malikik".
V.Qasımlı əlavə edib ki, dünyada startap ekosistemi indiyə qədər görünməmiş sürətlə artır: "Təkcə 2026-cı ilin I yarısında qlobal miqyasda startap ekosisteminin cəlb elədiyi maliyyə vəsatin 500 milyard ABŞ dollarından çox olub. Bu, 2025-ci ilin bütün göstəricisini üstələyir. Ötən il bu rəqəm 400 milyard ABŞ dollarını keçmişdi. Eyni zamanda 2025-ci ildə qlobal miqyasda 2024-cü ilə nisbətən 17 % artım olub və bu tendensiya eyni sürətlə davam etməlidir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.