
Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb.
AVESTA.AZ xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Instagram" səhifəsində paylaşım edib.
Bildirilib ki, 15 gün ərzində "44" filmini 122 min tamaşaçı izləyib. Bunun Azərbaycan kino tarixində kinoteatr nümayişi üzrə rekord baxış olduğu vurğulanıb.
Qeyd edək ki, "44" filminin kinozallarda nümayişi anşlaqla keçir və izləyici marağı nəzərə alınaraq seansların sayı artırılıb. Seansların sayını yenə də artırmaq mümkün olacağı təqdirdə, filmin ümumi izləyici sayının daha yüksək olacağı proqnozlaşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.