Bu gün, 22:48 128

Ceyhun Bayramov:

Oktyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə iştirak edib.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib.

Nazir Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir daha təbrik edib.

Azərbaycanın keçən bir il ərzində TDT-yə sədrliyi dövründə əsas prioritetin "Regional sülh və təhlükəsizlik" olduğunu bildirən nazir beynəlxalq münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şərtlərdə sözügedən prioritetin aktuallığını vurğulayıb.

Ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdiyi, münaqişəyə son qoyduğu, Azərbaycan tərəfindən irəli sürülmüş prinsiplər əsasında hazırlanmış sülh sazişi mətninin ötən il paraflandığı qeyd olunaraq, sazişin imzalanması üçün Ermənistanın zəruri siyasi və hüquqi addımlar atmasının vacibliyi vurğulanıb.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, müasir infrastrukturun yaradıldığı, təxminən 100 min nəfərin həmin ərazilərdə yaşadığı, işlədiyi və təhsil aldığı bildirilib.

Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində xarici işlər nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin və eləcə də müdafiə sənayesi qurumları rəhbərlərinin görüşlərinin keçirildiyi diqqətə çatdırılıb. Müdafiə sənayesi sahəsində 2027-ci il üçün Əməkdaşlıq Yol Xəritəsinin qəbul edildiyi vurğulanıb.

TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələrin ticarət və sənaye sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Azərbaycanın ənənəvi enerji resurslarının etibarlı təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların inkişafına töhfə verdiyi vurğulanıb.

Sədrliyimiz dövründə Bakıda Mərkəzi Banklar Şurasının, həmçinin Maliyyə Monitorinqi Xidmətləri rəhbərlərinin görüşlərinin keçirildiyi, müvafiq əməkdaşlıq platformasının yaradıldığı bildirilib.

Ortaq tarix, dil və mədəni irsin qorunmasının əhəmiyyətinə toxunularaq, bu il Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, eləcə də Müsəlman Dini İdarələri rəhbərləri Şurasının toplantısının keçirildiyi qeyd olunub.

TDT-nin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından TDT+ formatının əhəmiyyəti vurğulanıb, Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu qazanması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda C.Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.

Təşkilatın inkişafına verdiyi töhfələrə görə baş katib Kubanıçbek Omuraliyevə minnətdarlıq ifadə olunub. Eyni zamanda, yeni baş katib Mirvoxid Azimov təyinatı münasibətilə təbrik edilib və ona fəaliyyətində uğurlar arzulanıb.

Sonda Ankara Bəyannaməsi qəbul olunub.

Paylaş

Xəbər lenti

Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib Bu gün, 23:48 Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri Bu gün, 23:48 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam" Bu gün, 23:48 Roman Abramoviç Bakıya gəlib Bu gün, 23:48 Arif Əfəndiyev vəfat etdi Bu gün, 23:48 Sabah bir rayonda işıq olmayacaq Bu gün, 23:48 Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi Bu gün, 22:48 Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu Bu gün, 22:48 Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub Bu gün, 22:48 Həkim xərçəng xəstəliyinin beş az bilinən əlamətini açıqladı Bu gün, 22:48 Ceyhun Bayramov: "TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir" Bu gün, 22:48 İlham Əliyev Sadiq Əliyevə yüksək vəzifə verdi Bu gün, 21:48 Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE Bu gün, 21:48 Müəllim və həkimlərin maaşları nə qədər artacaq? Bu gün, 21:48 "Turan Tovuz" - "Sabah" qarşılaşmasında 5 qol vuruldu, çempion məğlub oldu Bu gün, 21:48 Mingəçevirdə 42 yaşlı kişi ürəyindən bıçaqlandı Bu gün, 21:48 Bakı-Xırdalan qatarında 40 dəqiqəlik gecikmə – Səbəbi açıqlandı Bu gün, 21:48 Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib Bu gün, 20:48 Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq Bu gün, 20:48 Bu rayonda 300 metrlik bənd yenidən qurulur - 3.2 milyon manat ayrıldı Bu gün, 20:48 İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub Bu gün, 20:48 Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər Bu gün, 20:48 Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib Bu gün, 20:48 Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? - Deputatdan yeni açıqlama Bu gün, 19:48 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi Bu gün, 19:48 Alyona Əliyeva "Qağayı" tamaşasından paylaşım edib Bu gün, 19:48 Kristian Pulişiç "Milan"la müqaviləsinin müddətini uzadıb Bu gün, 19:48 Bu il daha 826 şəxsə reabilitasiya vasitələri təqdim edilib Bu gün, 18:48 Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib Bu gün, 18:48 Azərbaycanda müflis sığorta şirkətləri üzrə həyata keçirilən ödənişlərin həcmi açıqlanıb Bu gün, 18:48 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir Bu gün, 18:48 Əli Abbasov: "Ramiz Mehdiyevin psixi durumu normal deyil" Bu gün, 18:48 ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib Bu gün, 18:48 EDR vs XDR vs MDR: fərqlər nədir və hansı həlli seçmək lazımdır? Bu gün, 18:48 Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı" Bu gün, 17:49 Tokayev TDT dövlətlərini Azərbaycan-Qazaxıstan fiber-optik xəttinə qoşulmağa dəvət edib Bu gün, 17:48 Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib Bu gün, 17:48 Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi Bu gün, 17:48 Süni intellektin texniki infrastrukturuna hücumla çatbotların cavablarını dəyişmək mümkündür Bu gün, 17:48 Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Bu gün, 17:48 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu Bu gün, 17:48 FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir Bu gün, 17:48 Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama Bu gün, 16:48 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib Bu gün, 16:48 Zərdabda iki avtomobil toqquşdu: Yaralıların son durumu Bu gün, 16:48 İspaniyada qatar qəzasında 27-yə yaxın ölkənin vətəndaşı həlak olub Bu gün, 16:48 Bakıda "BakuBus" tüstüləyib Bu gün, 16:48 Dünya çempionatı: Djioyev finalda, Meşvildişvili bürünc medal uğrunda yarışacaq Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR