Bu gün, 18:48 82

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı –

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil olunub.

BAKU.WS xəbər verir ki, festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, eləcə də dövlət və hökumət rəsmiləri, tərəfdaş şirkətlərin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

ADA Məhsul bayramı çərçivəsində Heykəltaraşlıq Simpoziumunun yekunu olaraq, ADA Məktəbində üç yeni heykəltaraşlıq əsərinin açılışı keçirilib. Əsərlərin müəllifləri Azərbaycan heykəltaraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevdir. Layihənin əsas məqsədi məktəbliləri yaradıcılıq prosesinə cəlb etmək, onların ideya və təxəyyüllərini heykəllərin ilkin eskizlərinin hazırlanmasında əks etdirmək olub.

Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəsli erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirməkdir.

Tədbir bədii proqramla davam edib.

ADA Məktəbinin, Q.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin, F.Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbinin, həmçinin 24 və 33 nömrəli 11 illik musiqi məktəblərinin şagirdlərinin hazırladıqları musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhvali-ruhiyyəsi qatıb.

Tədbir çərçivəsində ADA Məktəbinin şagirdlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgi-satışı təşkil olunub. Sərgi-satışdan əldə edilən vəsait təhsilyönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Qeyd edək ki, ötən il keçirilən "Məhsul bayramı"nda toplanmış 27 min 309 manat vəsait hesabına beş sosial layihə – "Zəfər Teatrı", "Hekayələr", "Qızlar evi", "Qonşuluq (Şəhərsalma)" və "Qala Cəmiyyəti" uğurla reallaşdırılıb. Əməkdaşlıq, yaradıcılıq, empatiya, psixoloji rifah və peşəyönümlü bacarıqların inkişafını əhatə edən bu layihələrdən ümumilikdə 600 nəfər faydalanıb. Festivalın əsas və daimi tərəfdaşı olan "Veysəloğlu" Şirkətlər Qrupu və ona daxil olan bizneslər – "Veysəloğlu Distribusiya", "Ulduz", "Araz" və "OBA" marketlər şəbəkələri, "Xonça", "Veysəloğlu-Rossmann", "Decoliv", "O to Go" və "Entree" tədbirə yaxından dəstək göstəriblər.

Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, eləcə də qeyri-qida malları satışa çıxarılıb.

Tədbirin təşkilati dəstəkçiləri sırasında "Azərpambıq", "Təmiz Şəhər", "AZ Projects GROUP" və "Liv Bona Dea Hospital" yer alıb.

Paylaş

Xəbər lenti

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri təqdim edilib Bu gün, 18:48 Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib Bu gün, 18:48 Azərbaycanda müflis sığorta şirkətləri üzrə həyata keçirilən ödənişlərin həcmi açıqlanıb Bu gün, 18:48 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir Bu gün, 18:48 Əli Abbasov: "Ramiz Mehdiyevin psixi durumu normal deyil" Bu gün, 18:48 ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib Bu gün, 18:48 EDR vs XDR vs MDR: fərqlər nədir və hansı həlli seçmək lazımdır? Bu gün, 18:48 Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı" Bu gün, 17:49 Tokayev TDT dövlətlərini Azərbaycan-Qazaxıstan fiber-optik xəttinə qoşulmağa dəvət edib Bu gün, 17:48 Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib Bu gün, 17:48 Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi Bu gün, 17:48 Süni intellektin texniki infrastrukturuna hücumla çatbotların cavablarını dəyişmək mümkündür Bu gün, 17:48 Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Bu gün, 17:48 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu Bu gün, 17:48 FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir Bu gün, 17:48 Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama Bu gün, 16:48 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib Bu gün, 16:48 Zərdabda iki avtomobil toqquşdu: Yaralıların son durumu Bu gün, 16:48 İspaniyada qatar qəzasında 27-yə yaxın ölkənin vətəndaşı həlak olub Bu gün, 16:48 Bakıda "BakuBus" tüstüləyib Bu gün, 16:48 Dünya çempionatı: Djioyev finalda, Meşvildişvili bürünc medal uğrunda yarışacaq Bu gün, 16:48 Baş nazirdən bəzi qurumlarda çalışan əməkdaşların maaşları ilə bağlı qərar Bu gün, 15:48 Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı Bu gün, 15:48 Sosial yardım almaq istəyənlərin DİQQƏTİNƏ: Bu səbəbdən pul verilməyə bilər Bu gün, 15:48 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib Bu gün, 15:48 Rumıniyada SOCAR brendi altında 100-cü YDM istifadəyə verilib Bu gün, 15:48 Böyük Qayıdış: 78 ailənin Vətən həsrəti sona yetdi - Açarlar təqdim olundu Bu gün, 15:48 Görmə qabilliyyəti olmayan insanlar yenidən görə biləcək - İlon Maskdan inqilabi texnologiya Bu gün, 15:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: "Mama, ak elədilər" Bu gün, 15:48 Rusiya Futbol İttifaqı və FİFA rəhbərliyi Bakıda görüşəcək? Bu gün, 15:48 Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir Bu gün, 14:48 Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir Bu gün, 14:48 Sirkədən zəhərlənən qadın öldü Bu gün, 14:48 İştahanın artması bu problemdən xəbər verirmiş Bu gün, 14:48 Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb Bu gün, 14:48 Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR Bu gün, 14:48 Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 14:48 Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:49 Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib Bu gün, 13:48 Fransada etiraz aksiyalarına görə 70 min polis səfərbər edildi Bu gün, 13:48 "Muhteşem Yüzyıl Kösem"də sevgili idilər - 10 il sonra bir araya gələcəklər Bu gün, 13:48 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var Bu gün, 13:48 "Star Trek" filminin ulduzu 86 yaşında öldü Bu gün, 13:48 Sink çatışmazlığı bağırsaq xəstəliklərinin kəskinləşməsi riskini artıra bilər Bu gün, 13:48 Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb" Bu gün, 12:48 Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi icra ediləcək Bu gün, 12:48 Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib Bu gün, 12:48 Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR