Bu gün, 13:49 89

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır.

Bu il noyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 10-15, gündüzlər 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 28-38 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 14-19 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 18-28 mm) ehtimal olunur.

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 5-9°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 1-5 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 27-34 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 2-5 dərəcə isti olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-35 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 7-12, gündüzlər 15-20 dərəcə isti olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 15-24 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9, gündüzlər 15-20, bəzi günlərdə 8-13 dərəcə isti, dağlarda gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14, gündüzlər 16-21, bəzi günlərdə 24 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 25-45 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 7-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 9-14, gündüzlər 15-20, dağlarda gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 55-170 mm).

Paylaş

Xəbər lenti

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:49 Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib Bu gün, 13:48 Fransada etiraz aksiyalarına görə 70 min polis səfərbər edildi Bu gün, 13:48 "Muhteşem Yüzyıl Kösem"də sevgili idilər - 10 il sonra bir araya gələcəklər Bu gün, 13:48 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var Bu gün, 13:48 "Star Trek" filminin ulduzu 86 yaşında öldü Bu gün, 13:48 Sink çatışmazlığı bağırsaq xəstəliklərinin kəskinləşməsi riskini artıra bilər Bu gün, 13:48 Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb" Bu gün, 12:48 Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi icra ediləcək Bu gün, 12:48 Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib Bu gün, 12:48 Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur Bu gün, 12:48 Oktyabrın son günü Azərbaycanda yağış yağacaq Bu gün, 12:48 Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib Bu gün, 12:48 №1 Çörək Zavodu əməkdar jurnalistin şikayətini nəzarətə götürüb Bu gün, 12:48 Arzuxan Əlizadə Ombudsman aparatından danışdı: "Müraciətlər get-gedə artır" Bu gün, 11:48 Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib Bu gün, 11:48 Baş nazir: Azərbaycanın Gürcüstana investisiyaları 4 milyard dollara çatıb Bu gün, 11:48 Skuter və velosiped sürənlərin NƏZƏRİNƏ - Bu küçələrə də zolaqlar çəkiləcək Bu gün, 11:48 Bakının bu yolunda sürücülər daim "protiv" sürür Bu gün, 11:48 Şəki sakinlərinə ŞAD XƏBƏR: 1 milyona yaxın pul ayrıldı Bu gün, 11:48 Avtomobillərdə kiberhücum riski yaradan əsas boşluq bəlli oldu Bu gün, 11:48 Əli Əsədov: Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin başlanacağına ümidvarıq Bu gün, 11:48 Moskvaya doğru 862 PUA uçub, 170-i şəhərə yaxınlaşarkən zərərsizləşdirilib Bu gün, 11:48 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi Bu gün, 11:48 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib Bu gün, 10:48 Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava Bu gün, 10:48 Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək Bu gün, 10:48 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı Bu gün, 10:48 Kartdan-karta pul atanların NƏZƏRİNƏ - Bu halda limit ləğv edilə bilər Bu gün, 10:48 "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqda gözləyənlərin sayı azalacaq - YENİLİK Bu gün, 10:48 Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb Bu gün, 10:48 Azərbaycan Basketbol Liqasında V tura bu gün start veriləcək Bu gün, 10:48 Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub Bu gün, 10:48 Elman Nəsirovun keçmiş arvadı olduğu iddia edilən qadın dispanserə yerləşdirildi Bu gün, 09:48 Bazarlarda meyvə-tərəvəz bahalaşıb Bu gün, 09:48 Ronaldo 15 dəqiqəyə het-trik etdi: 1000 qol rekorduna daha bir addım yaxınlaşdı Bu gün, 09:48 Abşeronda güclü yanğın - 7 tonu KÜL OLDU Bu gün, 09:48 Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - Adlar Bu gün, 09:48 Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxacaq Bu gün, 09:48 26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən... Bu gün, 09:48 1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib Bu gün, 09:48 Sabunçuda minik avtomobili yük avtomobilinə çırpılıb, ölən var Bu gün, 09:48 Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 Bu gün 6 rayonun ərazisində qaz olmayacaq Bu gün, 08:48 "Liverpul" "Qalatasaray"ın yeni transferinə "elçi düşüb" Bu gün, 08:48 Bakının bəzi yollarında nəqliyyat sıxlığı yaranıb Bu gün, 08:48 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı Bu gün, 08:48 Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə: Keçmiş həyat yoldaşı nə tələb edir? Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR