Bu gün, 15:48 44

Sosial yardım almaq istəyənlərin DİQQƏTİNƏ: Bu səbəbdən pul verilməyə bilər

Aztəminatlı ailələrə dövlət tərəfindən ünvanlı sosial yardım göstərilir. Bu yardımın əsas məqsədi gəlirləri müəyyən edilmiş ehtiyac meyarından aşağı olan ailələrin sosial təminatını yaxşılaşdırmaq və onların maddi vəziyyətini dəstəkləməkdir. Lakin hər azgəlirli ailə avtomatik olaraq bu yardımı almaq hüququ qazanmır. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər də mövcuddur.

BAKU.WS-in məlumatına görə, ailə üzvlərinin orta aylıq gəliri hər bir nəfər üçün müəyyən edilmiş ehtiyac meyarının məcmusundan aşağı olduqda həmin ailə aztəminatlı hesab edilir. Bu məqsədlə ailə dedikdə qohumluq və ya qanunvericiliklə müəyyən edilmiş digər bağlılığı olan, birgə yaşayan və ümumi ev təsərrüfatına malik şəxslər, eləcə də tənha yaşayan şəxslər nəzərdə tutulur.

Kimlər ünvanlı sosial yardım ala bilər?

Ünvanlı sosial yardım almaq üçün ailənin gəlirinin aşağı olması ilə yanaşı, bu vəziyyətin ailədən asılı olmayan səbəblərdən yaranması da tələb olunur. Belə səbəblərə aşağıdakılar daxildir:

  • Ailə üzvlərinin əmək qabiliyyətsiz olması;

  • Ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi olan şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi;

  • Ailə üzvünün 23 yaşınadək əyani təhsil alması;

  • Dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, yaxud işçilərin sayının və ya ştatların ixtisarı ilə əlaqədar işsiz kimi qeydə alınması;

  • Ailə üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və ya ölmüş hesab edilməsi, azadlıqdan məhrum olunması, yaxud olduğu yerin məlum olmaması.

Sosial yardımın məbləği necə hesablanır?

Yardımın məbləği ailənin orta aylıq gəliri ilə ailə üzvləri üçün müəyyən edilmiş ehtiyac meyarının məcmusu arasındakı fərq əsasında hesablanır.

Ailənin orta aylıq gəliri son 12 ay ərzində əldə etdiyi ümumi gəlirin 12-yə bölünməsi ilə müəyyən edilir. Beləliklə, yardımın məbləği ailənin gəlirindən və ehtiyac meyarı üzrə hesablanan məbləğdən asılı olur.

Sosial yardım müraciət edilən ayın 1-dən etibarən bir il müddətinə təyin olunur. Ödəniş hər ay bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına açılmış kart hesabına tam məbləğdə və nağdsız qaydada köçürülür.

Hansı hallarda sosial yardım təyin olunmur?

Qanunvericilikdə ünvanlı sosial yardımın verilməsindən imtina üçün bir sıra hallar müəyyən edilib. Bunlara aşağıdakılar daxildir:

  1. Ərizə-bəyannamədə göstərilən məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkarlanarsa;

  2. Müraciətdən əvvəlki ardıcıl 12 ay ərzində ailənin orta aylıq gəliri adambaşına düşən ehtiyac meyarının məcmusuna bərabər və ya ondan yüksək olarsa;

  3. Həmin 12 ay ərzində ailə ölkə üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı əməliyyatı apararsa;

  4. Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olarsa. Dövlət tərəfindən reabilitasiya məqsədilə verilmiş nəqliyyat vasitələri bu qaydadan istisnadır;

  5. Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Agentliyinin müvafiq struktur bölməsi tərəfindən təklif edilən iki münasib işdən imtina edərsə. Bu halda sosial yardım hüququna təkrar müraciətdən bir ay sonra baxılır;

  6. Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin orta aylıq məbləği ölkə üzrə təsdiq edilmiş yaşayış minimumunun 15 faizinə bərabər və ya ondan çox olarsa;

  7. Ailənin mülkiyyətində müxtəlif ünvanlarda yerləşən eyni təyinatlı iki və ya daha çox daşınmaz əmlak olarsa.

Paylaş

Xəbər lenti

Baş nazirdən bəzi qurumlarda çalışan əməkdaşların maaşları ilə bağlı qərar Bu gün, 15:48 Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı Bu gün, 15:48 Sosial yardım almaq istəyənlərin DİQQƏTİNƏ: Bu səbəbdən pul verilməyə bilər Bu gün, 15:48 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib Bu gün, 15:48 Rumıniyada SOCAR brendi altında 100-cü YDM istifadəyə verilib Bu gün, 15:48 Böyük Qayıdış: 78 ailənin Vətən həsrəti sona yetdi - Açarlar təqdim olundu Bu gün, 15:48 Görmə qabilliyyəti olmayan insanlar yenidən görə biləcək - İlon Maskdan inqilabi texnologiya Bu gün, 15:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: "Mama, ak elədilər" Bu gün, 15:48 Rusiya Futbol İttifaqı və FİFA rəhbərliyi Bakıda görüşəcək? Bu gün, 15:48 Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir Bu gün, 14:48 Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir Bu gün, 14:48 Sirkədən zəhərlənən qadın öldü Bu gün, 14:48 İştahanın artması bu problemdən xəbər verirmiş Bu gün, 14:48 Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb Bu gün, 14:48 Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR Bu gün, 14:48 Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 14:48 Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:49 Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib Bu gün, 13:48 Fransada etiraz aksiyalarına görə 70 min polis səfərbər edildi Bu gün, 13:48 "Muhteşem Yüzyıl Kösem"də sevgili idilər - 10 il sonra bir araya gələcəklər Bu gün, 13:48 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var Bu gün, 13:48 "Star Trek" filminin ulduzu 86 yaşında öldü Bu gün, 13:48 Sink çatışmazlığı bağırsaq xəstəliklərinin kəskinləşməsi riskini artıra bilər Bu gün, 13:48 Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb" Bu gün, 12:48 Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi icra ediləcək Bu gün, 12:48 Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib Bu gün, 12:48 Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur Bu gün, 12:48 Oktyabrın son günü Azərbaycanda yağış yağacaq Bu gün, 12:48 Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib Bu gün, 12:48 №1 Çörək Zavodu əməkdar jurnalistin şikayətini nəzarətə götürüb Bu gün, 12:48 Arzuxan Əlizadə Ombudsman aparatından danışdı: "Müraciətlər get-gedə artır" Bu gün, 11:48 Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib Bu gün, 11:48 Baş nazir: Azərbaycanın Gürcüstana investisiyaları 4 milyard dollara çatıb Bu gün, 11:48 Skuter və velosiped sürənlərin NƏZƏRİNƏ - Bu küçələrə də zolaqlar çəkiləcək Bu gün, 11:48 Bakının bu yolunda sürücülər daim "protiv" sürür Bu gün, 11:48 Şəki sakinlərinə ŞAD XƏBƏR: 1 milyona yaxın pul ayrıldı Bu gün, 11:48 Avtomobillərdə kiberhücum riski yaradan əsas boşluq bəlli oldu Bu gün, 11:48 Əli Əsədov: Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin başlanacağına ümidvarıq Bu gün, 11:48 Moskvaya doğru 862 PUA uçub, 170-i şəhərə yaxınlaşarkən zərərsizləşdirilib Bu gün, 11:48 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi Bu gün, 11:48 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib Bu gün, 10:48 Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava Bu gün, 10:48 Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək Bu gün, 10:48 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı Bu gün, 10:48 Kartdan-karta pul atanların NƏZƏRİNƏ - Bu halda limit ləğv edilə bilər Bu gün, 10:48 "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqda gözləyənlərin sayı azalacaq - YENİLİK Bu gün, 10:48 Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb Bu gün, 10:48 Azərbaycan Basketbol Liqasında V tura bu gün start veriləcək Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR