Bu gün, 09:48 90

Heydər Əliyev Mərkəzində

Heydər Əliyev Mərkəzində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub.

BAKU.WS xəbər verir ki, festivalın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Heydər Əliyev Mərkəzində "Art Weekend"in açılışı çərçivəsində bir neçə sərgi təqdim olunub.

Açılışda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bu tədbirdə müxtəlif ölkələrdən olan tanınmış rəssamların iştirak etdiyini deyib: "Əlbəttə ki, bu, bir-birimizlə tanış olmaq, fikir mübadiləsi aparmaq baxımından gözəl fürsətdir. Qarşıdakı bir neçə gün ərzində siz təbiətin gözəlliyini, gücünü və əzəmətini əks etdirən çoxsaylı rəsm əsərləri, instalyasiyalar, heykəllər və performanslarla tanış olacaqsınız. 2012-ci ildə nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin qorunması məqsədilə Qafqazın "Böyük beşliyi" təşəbbüsünü yaratmışıq".

Bu təşəbbüsə qonur ayı, boz canavar, Qafqaz bəbiri, imperator qartalı və ceyranın daxil olduğunu vurğulayan Leyla Əliyeva bildirib ki, həmin vaxtdan yerli qurumlar və beynəlxalq təşkilatlarla birlikdə bu heyvan növlərinin mühafizəsi, onların yenidən təbii yaşayış mühitinə qaytarılması və areallarının genişləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Bu sahədə kifayət qədər uğurlu nəticələr əldə etmişik.

Təbiəti anlamağın və sevməyin ən yaxşı yolunun onun qoynunda daha çox vaxt keçirmək olduğunu diqqətə çatdıran Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: "Yalnız bu zaman onunla həqiqi bağlılıq hiss edə bilərik. Eyni zamanda, hər kəs hətta kiçik addımlarla böyük dəyişikliklərə töhfə verə biləcəyini unutmamalıdır. "Gələcəyi İNDİ duy" festivalının əhəmiyyəti bizim üçün məhz budur".

Sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təqdimatında milli rəqs nümunəsi nümayiş olunub.

"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" festivalında iştirak etmək üçün Azərbaycanın paytaxtına gələn beynəlxalq incəsənət nümayəndələri adından Leyla Əliyevaya təşəkkür edən incəsənət kuratoru Simon de Püri (Simon de Pury) deyib: "Hələ 2012-ci ildə Londonda Sizinlə görüşmək fürsətim olmuşdu. Həmin görüş zamanı Azərbaycan rəssamlarının beynəlxalq səviyyədə daha geniş tanıdılması, əsərlərinin dünya miqyasında nümayiş etdirilməsi, eyni zamanda, ən tanınmış beynəlxalq rəssamların əsərlərinin Azərbaycana gətirilməsi arzunuzu bölüşmüşdünüz. Məhz bu söhbətin nəticəsi olaraq "Fly to Baku" sərgisi təşkil edildi. Londonda böyük uğur qazanan sərgi daha sonra Paris, Moskva və dünyanın bir sıra digər şəhərlərində nümayiş olundu. 2016-cı ildə isə Heydər Əliyev Mərkəzində amerikalı rəssam Corc Kondonun əsərlərinə həsr olunmuş retrospektiv sərgi təşkil etdik. Bu möhtəşəm binada incəsənət və mədəniyyət ətrafında bir araya gəlmək xüsusi zövq verir. Mənim fikrimcə, Zaha Hadidin bu memarlıq əsəri onun ən möhtəşəm layihəsidir".

Həmçinin açılış mərasimi çərçivəsində müəllifi və rejissoru Pərviz Məmmədrzayevin olduğu, vizual atmosferi isə Ləman Yusifli tərəfindən "Art Weekend" üçün yaradılan "Orionun sapı" immersiv teatr tamaşası təqdim edilib. Tamaşa xoreoqrafiya, musiqi və vizual hekayəçilik vasitəsilə insan və təbiət arasındakı kövrək münasibəti araşdıran poetik bir səyahəti təcəssüm etdirir. "Orionun sapı" yalnız bir teatr təcrübəsi deyil, həm də insanın təbiətlə münasibəti və onun qarşısındakı məsuliyyəti barədə düşünməyə sövq edən bir əsərdir.

Tədbirin davamında Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında qədim rəqs ənənələrimizi əks etdirən "Cəngi" və "Yallı" rəqsləri təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ikinci ildir keçirilən festivalın sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular ətrafında düşünmək imkanı yaradır.

Budəfəki "Art Weekend"in sərgi proqramının mühüm istiqamətlərindən biri "Qafqazın Böyük Beşliyi" (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.

"Böyük Beşlik" və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri də "Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi" (Legendary Creatures: An Azerbaijani Bestiary) layihəsidir. Heydər Əliyev Mərkəzinin park ərazisində nümayiş olunan layihə Azərbaycan folklorundakı mifoloji varlıqları "Böyük Beşlik" ilə əlaqələndirir. Burada heyvanlar yerli bilik, folklor və incəsənət yaddaşının daşıyıcıları kimi təqdim olunur, onların gələcək nəsillər üçün qorunmasının vacibliyi vurğulanır.

Ekspozisiyada ümumilikdə 6 rəssamın 6 əsəri - xalça kompozisiyası, heykəltaraşlıq əsəri, fotoəsər, metal kompozisiya, qarışıq kompozisiya sərgilənir.

Ekspozisiyadakı əsərlər məhz "Art Weekend" çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim edilir.

Heydər Əliyev Mərkəzində nümayiş olunan "Təbiət danışanda. Varislər" (When nature speaks. Heirs) müasir incəsənət sərgisi də təbiət, irs və insan məsuliyyəti mövzularını araşdırır.

Qafqazın "Böyük Beşliyi" - Qafqaz bəbiri, qonur ayı, boz canavar, imperator qartalı və ceyran sərginin konseptual əsasını təşkil edərək, "biz özümüzdən sonra necə bir təbii dünya qoyub gedəcəyik?" sualına diqqəti çəkir.

Ekspozisiyada müxtəlif formalarda təqdim olunan bu heyvanlar sadəcə vəhşi təbiət təsvirləri kimi qəbul edilmir. "Böyük Beşlik" festivalın bədii proqramının əsas rəmzlərinə çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında hazırlanan sərgi insanlarla təbiət arasındakı əlaqəni, bir-biri ilə sıx bağlı olan irs, məsuliyyət, yaddaş və seçim kimi anlayışları tədqiq edir.

Sərgi instalyasiya, heykəltaraşlıq, keramika, tekstil və müxtəlif materialların birləşdirildiyi qarışıq texnikalarda çalışan rəssam və sənətçiləri bir araya gətirir.

Sərgidəki əsərlər məhz Bakıdakı incəsənət həftəsonu çərçivəsində ilk dəfə geniş ictimaiyyətə təqdim olunub.

Daha sonra çinli rəssam Canq Cinin (Zhang Ji) "Həqiqət dərisi" (The skin of truth) sərgisinə baxış olub. Ekspozisiya müxtəlif mədəniyyətlərin memarlıq ənənələrini müasir rəngkarlıqla birləşdirir. Sərgidə rəssamın "Həqiqət dərisi" və "Ultima" silsilələrindən əsərləri yer alıb. Məscid, sinaqoq, katolik kilsə, hindu və buddist məbədlərinin naxışlarından ilhamlanan Canq Cin onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir.

Bakı ekspozisiyasında nümayiş olunan əsərlər İspaniyadakı Kordova Böyük Məscidi, Əlhambra sarayı kimi məşhur memarlıq abidələrinin təsiri ilə yaradılıb.

Canq Cinin rəsm texnikası da fərqlidir. O, boyanı kətana fırça əvəzinə şprislə çəkir. Bu üsulla yaranan qabarıq səthlər əsərlərə barelyefi xatırladan görünüş verir.

Canq Cinin əsərləri indiyədək ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, İspaniya, İsveçrə, Səudiyyə Ərəbistanı, Türkiyədə və digər ölkələrdə nümayiş olunub və beynəlxalq kolleksiyalara daxil edilib.

Həmçinin Heydər Əliyev Mərkəzində tanınmış amerikalı rəssam Cudi Çikaqonun (Judy Chicago) "Qadınlar dünyanı idarə etsəydilər…" (What If Women Ruled the World?) adlı art-layihəsi və italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) "Əbədiyyət güzgüsü" (Mirror of Eternity) əsəri təqdim olunub.

"Qadınlar dünyanı idarə etsəydilər…" art-layihəsi xatirələri bölüşmək, hekayələr danışmaq və kollektiv özünüifadə üçün imkan yaradır. Layihə 2022-ci ildən etibarən ABŞ, Almaniya, Argentina, Böyük Britaniya, Fransa, Hindistan, Meksika, Niderland və Türkiyəni əhatə edən qlobal bir arxiv formalaşdırıb. Bakıda ziyarətçilər interaktiv səsyazma kabinəsində sualları cavablandıraraq əsərin növbəti mərhələsinin bir hissəsinə çevrilə bilər.

Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) "Əbədiyyət güzgüsü" (Mirror of Eternity) əsəri isə rəssamın güzgü motivi üzərində uzun illər apardığı yaradıcılıq araşdırmalarının davamıdır. Pistoletto yaradıcılığı boyunca tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün güzgüdən istifadə edib. "Əbədiyyət güzgüsü" rəqəmsal dövrün imkanları əsasında süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır. Beləliklə, bu süni yaradılışda nəsildən-nəslə davam edən daimi yenilənmə əks olunur. Layihə insan, yaddaş, texnologiya və daim yenilənən həyat anlayışları arasındakı əlaqəni araşdırır.

"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" festivalı noyabrın 1-dək davam edəcək.

Paylaş

Xəbər lenti

Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 126 dolları keçib Bu gün, 09:48 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" Bu gün, 09:48 Leyla Əliyeva "Planetin vəhşi ürəyi" sərgisindən paylaşım edib Bu gün, 09:48 Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir Bu gün, 09:48 Bir sıra ərazilər qazsız qalacaq Bu gün, 00:48 Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb Bu gün, 00:48 Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri Dünən, 23:48 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam" Dünən, 23:48 Roman Abramoviç Bakıya gəlib Dünən, 23:48 Arif Əfəndiyev vəfat etdi Dünən, 23:48 Sabah bir rayonda işıq olmayacaq Dünən, 23:48 Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi Dünən, 22:48 Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu Dünən, 22:48 Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub Dünən, 22:48 Həkim xərçəng xəstəliyinin beş az bilinən əlamətini açıqladı Dünən, 22:48 Ceyhun Bayramov: "TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir" Dünən, 22:48 İlham Əliyev Sadiq Əliyevə yüksək vəzifə verdi Dünən, 21:48 Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE Dünən, 21:48 Müəllim və həkimlərin maaşları nə qədər artacaq? Dünən, 21:48 "Turan Tovuz" - "Sabah" qarşılaşmasında 5 qol vuruldu, çempion məğlub oldu Dünən, 21:48 Mingəçevirdə 42 yaşlı kişi ürəyindən bıçaqlandı Dünən, 21:48 Bakı-Xırdalan qatarında 40 dəqiqəlik gecikmə – Səbəbi açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib Dünən, 20:48 Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq Dünən, 20:48 Bu rayonda 300 metrlik bənd yenidən qurulur - 3.2 milyon manat ayrıldı Dünən, 20:48 İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub Dünən, 20:48 Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər Dünən, 20:48 Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib Dünən, 20:48 Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? - Deputatdan yeni açıqlama Dünən, 19:48 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi Dünən, 19:48 Alyona Əliyeva "Qağayı" tamaşasından paylaşım edib Dünən, 19:48 Kristian Pulişiç "Milan"la müqaviləsinin müddətini uzadıb Dünən, 19:48 Bu il daha 826 şəxsə reabilitasiya vasitələri təqdim edilib Dünən, 18:48 Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib Dünən, 18:48 Azərbaycanda müflis sığorta şirkətləri üzrə həyata keçirilən ödənişlərin həcmi açıqlanıb Dünən, 18:48 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir Dünən, 18:48 Əli Abbasov: "Ramiz Mehdiyevin psixi durumu normal deyil" Dünən, 18:48 ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib Dünən, 18:48 EDR vs XDR vs MDR: fərqlər nədir və hansı həlli seçmək lazımdır? Dünən, 18:48 Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı" Dünən, 17:49 Tokayev TDT dövlətlərini Azərbaycan-Qazaxıstan fiber-optik xəttinə qoşulmağa dəvət edib Dünən, 17:48 Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib Dünən, 17:48 Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi Dünən, 17:48 Süni intellektin texniki infrastrukturuna hücumla çatbotların cavablarını dəyişmək mümkündür Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR