9-09-2026, 14:48 156

Madriddə MAMA

Madriddəki Pons Fondunda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılış mərasimi olub.

AVESTA.AZ xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, İspaniyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, incəsənət nümayəndələri və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə reallaşan MAMA "Ana Təbiət" beynəlxalq incəsənət sərgisi müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən rəssamları bir araya gətirərək insanlarla təbiət arasındakı əlaqənin, eləcə də ətraf mühitin qorunmasının vacibliyini diqqətə çatdırır.

Layihə ilk dəfə 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda, Heydər Əliyev Mərkəzində təqdim olunub. Sərgi sonradan beynəlxalq miqyas qazanaraq Manama, Roma, London, Tbilisi, Berlin, Tirana, Cenevrə və Riqada nümayiş etdirilib.

Bu dəfə isə sərgi Heydər Əliyev Fondunun və Azərbaycanın İspaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Madriddə təqdim olunur.

Açılış mərasimində çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov MAMA "Ana təbiət" layihəsinin incəsənət və bəşəriyyət arasındakı dərin əlaqəni araşdıran beynəlxalq bədii təşəbbüs olduğunu bildirib. Layihənin müasir dövrün ekoloji çağırışlarına diqqət çəkdiyi qeyd olunub. Səfir layihənin ideya müəllifi Leyla Əliyevaya sərginin Madrid şəhərində keçirilməsinə görə təşəkkürünü bildirib, ekspozisiyanın yalnız incəsənətə marağın artırılmasına deyil, həm də ziyarətçilərdə ətraf mühitə qarşı daha çox məsuliyyət və qayğı hissinin formalaşmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Sonra çıxış edən İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean Baş idarəsinin rəisi Lui Fonseka Sançez ölkəsinin incəsənətin, yaradıcılığın və mədəniyyətin diyarı olduğunu bildirib. Qeyd edib ki, məhz bu güc sayəsində Azərbaycan kimi tərəfdaşlarla dialoq və əməkdaşlıq üçün yeni imkanlar açılır. İspaniya həm də Avropada ən geniş qorunan təbiət ərazilərinə malik ölkələrdən biridir. Bu ərazilər minlərlə ziyarətçi üçün əlçatandır və bu da ekosistemlərin, biomüxtəlifliyin qorunmasının əhəmiyyətini dərk edən bir cəmiyyətin formalaşdığını göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva çıxışında MAMA "Ana təbiət" beynəlxalq layihəsinin əhəmiyyətindən danışıb. Bu sərginin ilk dəfə COP29 çərçivəsində Bakıda nümayiş etdirildiyini xatırladan Leyla Əliyeva deyib ki, ekspozisiya daha sonra dünyanın müxtəlif ölkələrində təşkil olunaraq təbiət, ətraf mühit və ümumi gələcəyimizlə bağlı mühüm mesajı özündə daşıyıb.

"Təbiət bizim anamızdır. O, bizə torpaq, su və hava bəxş edir. Lakin bütün bunlara baxmayaraq, biz insanlar təbiətin bəxş etdiyi bu nemətlərə zərər verməkdə davam edirik. Bu sərgi daha yaxşı gələcəyə doğru atılan növbəti addımdır", - deyə Fondun vitse-prezidenti əlavə edib.

Qeyd edək ki, sərgi sentyabrın 9-dan 18-dək ziyarətçilər üçün açıq olacaq.

Ekspozisiyada Azərbaycan, İspaniya, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq, Almaniya və digər ölkələrdən olan tanınmış müasir rəssamların əsərləri sərgilənir.

Paylaş

Xəbər lenti

Saçların ciddi zədələndiyini göstərən 5 əlamət Bu gün, 10:48 Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib Bu gün, 10:48 Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı Bu gün, 10:48 Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb Bu gün, 10:48 Masazırda binada yıxılaraq köməksiz qalan şəxs xilas olunub Bu gün, 10:48 Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir? Bu gün, 10:48 Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 126 dolları keçib Bu gün, 09:48 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" Bu gün, 09:48 Leyla Əliyeva "Planetin vəhşi ürəyi" sərgisindən paylaşım edib Bu gün, 09:48 Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir Bu gün, 09:48 Bir sıra ərazilər qazsız qalacaq Bu gün, 00:48 Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb Bu gün, 00:48 Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri Dünən, 23:48 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam" Dünən, 23:48 Roman Abramoviç Bakıya gəlib Dünən, 23:48 Arif Əfəndiyev vəfat etdi Dünən, 23:48 Sabah bir rayonda işıq olmayacaq Dünən, 23:48 Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi Dünən, 22:48 Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu Dünən, 22:48 Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub Dünən, 22:48 Həkim xərçəng xəstəliyinin beş az bilinən əlamətini açıqladı Dünən, 22:48 Ceyhun Bayramov: "TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir" Dünən, 22:48 İlham Əliyev Sadiq Əliyevə yüksək vəzifə verdi Dünən, 21:48 Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE Dünən, 21:48 Müəllim və həkimlərin maaşları nə qədər artacaq? Dünən, 21:48 "Turan Tovuz" - "Sabah" qarşılaşmasında 5 qol vuruldu, çempion məğlub oldu Dünən, 21:48 Mingəçevirdə 42 yaşlı kişi ürəyindən bıçaqlandı Dünən, 21:48 Bakı-Xırdalan qatarında 40 dəqiqəlik gecikmə – Səbəbi açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib Dünən, 20:48 Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq Dünən, 20:48 Bu rayonda 300 metrlik bənd yenidən qurulur - 3.2 milyon manat ayrıldı Dünən, 20:48 İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub Dünən, 20:48 Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər Dünən, 20:48 Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib Dünən, 20:48 Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? - Deputatdan yeni açıqlama Dünən, 19:48 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi Dünən, 19:48 Alyona Əliyeva "Qağayı" tamaşasından paylaşım edib Dünən, 19:48 Kristian Pulişiç "Milan"la müqaviləsinin müddətini uzadıb Dünən, 19:48 Bu il daha 826 şəxsə reabilitasiya vasitələri təqdim edilib Dünən, 18:48 Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib Dünən, 18:48 Azərbaycanda müflis sığorta şirkətləri üzrə həyata keçirilən ödənişlərin həcmi açıqlanıb Dünən, 18:48 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir Dünən, 18:48 Əli Abbasov: "Ramiz Mehdiyevin psixi durumu normal deyil" Dünən, 18:48 ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR