15-10-2025, 10:48 567

Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA

Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində çıxış edən səfir Nəsimi Ağayev daha əvvəl bir sıra ölkələrdə uğurla həyata keçirilən bu mədəniyyət layihəsinin Berlində təqdimatının əhəmiyyətini qeyd edib. Səfir bildirib ki, mühüm problemlərin yaşandığı hazırkı çətin dövrdə təbiət və insanlıq arasında bənzərsiz əlaqənin və vəhdətin təbliğinə xidmət edən belə sərgilərin təşkili böyük önəm daşıyır. Azərbaycanın nümunəsi göstərir ki, biz qüvvələrimizi birləşdirsək iqlim dəyişikliyi probleminin qarşısını ala bilərik.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında MAMA "Ana təbiət" sərgisində 31 ölkədən 54 rəssamın əsərlərinin təqdim olunduğunu vurğulayaraq, bu əsərlərin incəsənətin sərhədləri aşaraq təbiəti qorumaq istəyinin ifadəçisi olduğunu bildirib.

Sərginin təşkilatçılarına, layihəyə qoşulan rəssamlara təşəkkürünü ifadə edən Leyla Əliyeva layihənin Bakıda başlandığını, daha sonra Bəhreyn, London, Roma və Tbilisidə təqdim olunduğunu diqqətə çatdırıb. Sərginin dünyanın ən yaşıl şəhərlərinin birində - Berlində təşkilindən məmnunluğunu ifadə edən Leyla Əliyeva əsas diqqəti iqlim problemlərinin yaratdığı fəsadlara cəlb edərək Azərbaycanın müxtəlif ekosisteminin də bu təsirlərdən yan keçmədiyini vurğulayıb, Xəzər dənizinin səthinin kiçildiyini, Xəzər suitisi və Xəzər nərəkimiləri kimi nadir canlı növlərinin tədricən yox olduğunu qeyd edib.

Rəhbəri olduğu IDEA İctimai Birliyinin bütün layihələrinə yaradıcılıq və pozitiv ruhla yanaşdığını deyən Leyla Əliyeva təbiətin mühafizəsi məqsədilə həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində bir milyondan çox ağac əkildiyini qeyd edib, nadir heyvan növlərinin qorunması, məktəb və universitetlərdə tələbələrə təbiətin mühafizəsinin vacibliyinin təbliği istiqamətində, eləcə də suya qənaətlə bağlı "Bir damcı" layihəsi çərçivəsində görülən işləri diqqətə çatdırıb.

IDEA İctimai Birliyinin rəhbəri istedadlı azərbaycanlı heykəltaraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin (1994-2016) də Berlində sərgisinin açıldığını qeyd edərək bildirib ki, onun həyatı faciəvi şəkildə yarımçıq qalsa da, ruhu, yaradıcılığı və Vətən sevgisi əsərlərində yaşamaqdadır.

Çıxışlardan sonra Leyla Əliyeva, Arzu Əliyeva və iştirakçılar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Qeyd edək ki, müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının bəhrəsi olan MAMA "Ana təbiət" incəsənət layihəsinə 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanmış sərgi təbiəti passiv bir fon kimi deyil, əksinə, canlı, qidalandırıcı, davamlı və bərpaedici əsas qəhrəman kimi təqdim edir.

Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə Bakı, Manama, Roma, London və Tbilisidə uğurla təqdim olunub. Layihənin Berlin mərhələsi də öz missiyasını davam etdirərək ekologiya, dayanıqlılıq və mədəni müdriklik mövzularında qlobal dialoqu təbliğ edir.

MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 31 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən fərqli sənətkarları bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.

Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və Ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır. Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.

Qeyd edək ki, Leyla Əliyeva və Arzu Əliyeva həmin gün "Q" Berlin İncəsənət Qalereyasında istedadlı azərbaycanlı heykəltaraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin "Yarımçıq qalmış, lakin əbədi" adlı sərgisinin də açılışında iştirak ediblər.

Sərginin açılışında şəhid Samir Kaçayevin ailə üzvləri də iştirak ediblər.

Sərgi Berlin tamaşaçılarını Samirin dünyasına - dəqiqliyə, sənətə bağlılığa uzanan zəngin mənəvi dərinliyə malik bir aləmə dəvət edir. Bu sərgi Samir Kaçayevin yarımçıq qalan sənət dünyasının sükutla yazılmış davamıdır. Onun fırçasının toxunuşları yarımçıq qalsa da, hər bir əsərində zamanın sərhədlərini aşan bir nəfəs yaşayır. Sərgi Samirin sönməyən ilhamını, sənətin ölümə meydan oxuyan əbədiliyini və ruhunun rənglərdəki davamını təcəssüm etdirir. Burada hər baxış, hər bir xətt onunla bitməyən, amma sonsuzluğa uzanan bir hekayənin parçasıdır.

Paylaş

Xəbər lenti

Bulvar dənizdən 30 kilometr aralı qala bilər Bu gün, 11:48 Qızıllar oğurlandı - Evdə usta işləyən kişi saxlanıldı Bu gün, 11:48 Qubadlıda ilk su elektrik stansiyası tikilir Bu gün, 11:48 "Qalatasaray"ın komandanı daşıyan avtobusuna kartof-soğan yüklədilər Bu gün, 11:48 Saçların ciddi zədələndiyini göstərən 5 əlamət Bu gün, 10:48 Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib Bu gün, 10:48 Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı Bu gün, 10:48 Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb Bu gün, 10:48 Masazırda binada yıxılaraq köməksiz qalan şəxs xilas olunub Bu gün, 10:48 Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir? Bu gün, 10:48 Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 126 dolları keçib Bu gün, 09:48 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" Bu gün, 09:48 Leyla Əliyeva "Planetin vəhşi ürəyi" sərgisindən paylaşım edib Bu gün, 09:48 Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir Bu gün, 09:48 Bir sıra ərazilər qazsız qalacaq Bu gün, 00:48 Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb Bu gün, 00:48 Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri Dünən, 23:48 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam" Dünən, 23:48 Roman Abramoviç Bakıya gəlib Dünən, 23:48 Arif Əfəndiyev vəfat etdi Dünən, 23:48 Sabah bir rayonda işıq olmayacaq Dünən, 23:48 Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi Dünən, 22:48 Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu Dünən, 22:48 Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub Dünən, 22:48 Həkim xərçəng xəstəliyinin beş az bilinən əlamətini açıqladı Dünən, 22:48 Ceyhun Bayramov: "TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir" Dünən, 22:48 İlham Əliyev Sadiq Əliyevə yüksək vəzifə verdi Dünən, 21:48 Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE Dünən, 21:48 Müəllim və həkimlərin maaşları nə qədər artacaq? Dünən, 21:48 "Turan Tovuz" - "Sabah" qarşılaşmasında 5 qol vuruldu, çempion məğlub oldu Dünən, 21:48 Mingəçevirdə 42 yaşlı kişi ürəyindən bıçaqlandı Dünən, 21:48 Bakı-Xırdalan qatarında 40 dəqiqəlik gecikmə – Səbəbi açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib Dünən, 20:48 Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq Dünən, 20:48 Bu rayonda 300 metrlik bənd yenidən qurulur - 3.2 milyon manat ayrıldı Dünən, 20:48 İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub Dünən, 20:48 Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər Dünən, 20:48 Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib Dünən, 20:48 Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? - Deputatdan yeni açıqlama Dünən, 19:48 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi Dünən, 19:48 Alyona Əliyeva "Qağayı" tamaşasından paylaşım edib Dünən, 19:48 Kristian Pulişiç "Milan"la müqaviləsinin müddətini uzadıb Dünən, 19:48 Bu il daha 826 şəxsə reabilitasiya vasitələri təqdim edilib Dünən, 18:48 Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR