
Türkiyənin "Qalatasaray" voleybol komandasına məxsus avtobusu bu dəfə tərəvəz daşımaq üçün istifadə edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə KİV-də yayılıb.
Görüntülərdə marketlərdən birindən alınan kartof və soğanların komandanın avtobusuna yükləndiyi əks olunub.
Qeyri-adi mənzərə sosial şəbəkələrdə maraq doğurub.
Tərəvəzlərin avtobusa kim tərəfindən və hansı məqsədlə yükləndiyi, eləcə də hara aparıldığı barədə hələlik açıqlama verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.