Bu gün, 13:48 59

Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında

Bu gün saat 22:30-da CBC telekanalında "Mixail Qusmanın hakimiyyət formulu" proqramının premyerası olacaq. Yeni layihə müəyyən mənada 25 il ərzində efirdə yayımlanan və geniş tanınan "Hakimiyyət formulu" proqramının davamı olmaqla yanaşı, eyni zamanda yeni silsilənin başlanğıcını qoyur.

AVESTA.AZ xəbər verir ki, premyera ilə əlaqədar "Trend" Mixail Solomonoviç Qusmana müraciət edərək ondan layihə barədə ətraflı məlumat verməsini xahiş edib.

"Bu təvazökar hadisəyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Bu gün CBC telekanalında rus dilində "Mixail Qusmanın hakimiyyət formulu" proqramının premyerası olacaq. Artıq gələn cümə axşamı isə proqram Azərbaycan İctimai Televiziyasında Azərbaycan dilində yayımlanacaq. Bundan əlavə, proqramın ingilis dilində də yayımlanmasını nəzərdə tuturuq və onu bu istiqamətdə hazırlayırıq", - deyə Qusman bildirib.

O, Şuşada keçirilən Qlobal Media Forumunu xatırladaraq, həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı sualdan danışıb.

"O zaman bildirmişdim ki, vətənə qayıtdıqdan sonra həyat təcrübəmi tətbiq edə biləcəyim müxtəlif layihələrlə məşğul olmaqdan məmnunluq duyardım. Açığını desəm, özümü təqaüdə çıxmış bir insan rolunda nə əvvəllər təsəvvür edirdim, nə də indi təsəvvür edirəm. Lakin sualımdan sonra hörmətli cənab Prezident İlham Heydər oğlu Əliyev tərəfindən ünvanıma səsləndirilən sözlər məni təkcə ruhlandırıb böyük minnətdarlıq hissi doğurmadı, həmçinin anladım ki, respublikada baş verən möhtəşəm hadisələrdən və həyata keçirilən işlərdən kənarda qalmağa haqqım yoxdur. Təcrübəmin ən çox fayda verə biləcəyi sahələrdə özümü bütövlükdə ölkəmə xidmətə həsr etməliyəm", - deyə o qeyd edib.

"Mən informasiya və media sahəsində bir sıra müxtəlif layihələr təklif etdim. Onların bir çoxu dəstəkləndi. Lakin hazırda ilk növbədə, "Mixail Qusmanın hakimiyyət formulu" adlanacaq yeni proqram silsiləsi barədə danışmaq istərdim. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, bu proqramın beynəlxalq nüfuzu və tanınmışlığı da var", - deyə Qusman əlavə edib.

Onun sözlərinə görə, yeni proqram zahirən əvvəlki layihəyə bənzəyəcək, lakin əsas diqqət tamamilə fərqli məqamlara yönəldiləcək.

"Rusiya televiziyasında yayımlanan "Hakimiyyət formulu" proqramı daha çox ölkələr və proqramın qəhrəmanları - dövlət başçıları və ya beynəlxalq təşkilatların rəhbərləri haqqında söhbət idisə, yeni silsilədə müasir dünyada özünəinamlı və fəal beynəlxalq aktor kimi Azərbaycanın rolundan daha geniş bəhs etmək istərdim. Bu, ölkəmizin müxtəlif dövlətlərlə münasibətləri, dünya liderlərinin Azərbaycana və Prezidentimizə münasibəti vasitəsilə təqdim olunacaq. Başqa sözlə, bu, "Azərbaycan müxtəlif ölkələrin və müxtəlif liderlərin güzgüsündə" proqramı olacaq", - deyə o vurğulayıb.

Proqram ayda iki dəfə CBC və Azərbaycan İctimai Televiziyasında yayımlanacaq.

"Hörmətli oxucularımız üçün bir sirri də açım: artıq BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosla müsahibə hazırlamışam. Bu müsahibə ilə proqram silsiləsinin ilk buraxılışı bu gün başlayacaq. Bundan başqa, Keniya, Slovakiya, İsrail, Laos prezidentləri və ICESCO-nun baş direktoru ilə də müsahibələrim olub. Onlar gələcək proqramlarımızın qəhrəmanları olacaqlar", - deyə Qusman bildirib.

Paylaş

Xəbər lenti

"44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü Bu gün, 14:49 Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi Bu gün, 14:49 Maştağada avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 14:49 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək Bu gün, 14:48 Xalq artisti Röya Ayxandan qeyri-adi obraz... Bu gün, 14:48 Tennis üzrə ölkə birinciliyinə yekun vurulub! Bu gün, 14:48 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir" Bu gün, 14:48 Flora Kərimova oğlu və qızı ilə Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb Bu gün, 14:48 Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi Bu gün, 14:48 Noyabrın ilk günü hava necə olacaq? Bu gün, 13:48 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib Bu gün, 13:48 Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında Bu gün, 13:48 ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır Bu gün, 13:48 Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb Bu gün, 13:48 Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib Bu gün, 13:48 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat Bu gün, 13:48 Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi Bu gün, 12:48 FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar Bu gün, 12:48 Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq Bu gün, 12:48 Deputat: "Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" Bu gün, 12:48 Bulvar dənizdən 30 kilometr aralı qala bilər Bu gün, 11:48 Qızıllar oğurlandı - Evdə usta işləyən kişi saxlanıldı Bu gün, 11:48 Qubadlıda ilk su elektrik stansiyası tikilir Bu gün, 11:48 "Qalatasaray"ın komandanı daşıyan avtobusuna kartof-soğan yüklədilər Bu gün, 11:48 Saçların ciddi zədələndiyini göstərən 5 əlamət Bu gün, 10:48 Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib Bu gün, 10:48 Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı Bu gün, 10:48 Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb Bu gün, 10:48 Masazırda binada yıxılaraq köməksiz qalan şəxs xilas olunub Bu gün, 10:48 Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir? Bu gün, 10:48 Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 126 dolları keçib Bu gün, 09:48 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" Bu gün, 09:48 Leyla Əliyeva "Planetin vəhşi ürəyi" sərgisindən paylaşım edib Bu gün, 09:48 Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir Bu gün, 09:48 Bir sıra ərazilər qazsız qalacaq Bu gün, 00:48 Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb Bu gün, 00:48 Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri Dünən, 23:48 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam" Dünən, 23:48 Roman Abramoviç Bakıya gəlib Dünən, 23:48 Arif Əfəndiyev vəfat etdi Dünən, 23:48 Sabah bir rayonda işıq olmayacaq Dünən, 23:48 Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR