Bu gün, 13:48 54

Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb

Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi ilə bağlı bəzi hallarda problemlər yarana bilir. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan şəxslərin təhsil müddətində 23 yaşına çatması ilə bağlı yaranan hüquqi qeyri-müəyyənlik də bu qəbildəndir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da "Facebook" paylaşımında məhz bu kateqoriyadan olan şəxslərin hüquqları ilə bağlı məsələni qabardıb. Belə ki, "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinə əsasən, müvafiq kateqoriyadan olan təhsilalanlar üçün imtiyaz və güzəştlər nəzərdə tutulur. Qanunvericiliklə müəyyən edilmiş şərtlər çərçivəsində onlara davamiyyətindən asılı olmayaraq artırılmış təqaüd ödənilir, təhsillərini başa vurduqda isə birdəfəlik müavinət verilir:

"Lakin qanunvericilikdə təhsil aldığı müddətdə 23 yaşına çatan, amma hələ məzun olmayan şəxslərin vəziyyətinin necə tənzimlənməsi məsələsi aydın deyil. Nəticədə tələbənin yaşı 23-ə çatdıqda sosial təminatlarının dayandırılması problemi meydana çıxır. Halbuki elə tələbələr var ki, bu yaş həddinə təhsilini başa vurmağa cəmi bir neçə ay, hətta bir gün qalmış çatırlar. Əgər bu təminatların məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin təhsil almasına və müstəqil həyata başlamasına dəstək göstərməkdirsə, təhsil müddətində yaş həddinin tamamlanması həmin dəstəyin dayandırılması üçün nə dərəcədə əsaslı səbəbdir?"

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb

Çıxış yolu tapmalıyıq

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov sözügedən tələbələrin 23 yaş həddinə çatdıqdan sonra dövlət təminatından məhrum olması məsələsinin həllini vacib hesab edir:

"Hazırda müzakirə olunmaq üçün Milli Məclisin gündəliyində belə bir məsələ yoxdur. Amma bu, olduqca ciddi və aktual məsələdir. Çünki bir neçə günə görə tələbələrimiz belə bir çətinliklə üzləşirlər. Hesab edirəm ki, gələcəyə doğru bu məsələyə ciddi formada baxıb çıxış yolu tapmalıyıq. Çünki bu durum ailələrimiz, övladlarımız üçün problemlər yaradır. Bu problemin qarşısını almaq üçün bəzi addımların atılmasına ehtiyac var".

Deputat hesab edir ki, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu məsələnin həllini diqqətdə saxlamalıdır.

Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb

Təhsilin davamlılığı və sosial ədalət prinsipləri əsas götürülməlidir

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, valideyn himayəsindən məhrum olmuş tələbələrin sosial müdafiəsi ilə bağlı qanunvericiliyin tətbiqində təhsilin davamlılığı və sosial ədalət prinsipləri əsas götürülməlidir:

"Ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan, valideyn himayəsindən məhrum olmuş şəxslərlə bağlı qanunvericilikdə müəyyən edilən yaş həddi təhsil prosesinin ortasında tamamlandıqda, onların sosial təminatlarının davam etdirilməsi məsələsi aktuallaşır. Bəzi hallarda tələbənin təhsilini başa vurmasına cəmi bir neçə ay, hətta bir neçə gün qalır, lakin həmin müddətdə onun 23 yaşı tamam olur. Nəticədə sosial təminatların, güzəştlərin və təhsili başa vurduqdan sonra nəzərdə tutulan birdəfəlik müavinətin taleyi ilə bağlı suallar meydana çıxır. Burada əsas problem yaş həddinin mövcudluğundan daha çox, həmin həddin təhsil prosesi davam edərkən tamamlanmasının hüquqi nəticələrinin aydın və birmənalı tənzimlənməməsidir".

Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb

Ekspertin fikrincə, bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi məqsədəuyğun olardı:

"Hesab edirəm ki, təhsil müddətində 23 yaşı tamam olan şəxslər üçün keçid mexanizminin nəzərdə tutulması vacibdir. Belə bir mexanizm onların təhsillərini yarımçıq qoymaq riskini azalda və məzunluq mərhələsində sosial müdafiəni gücləndirə bilər. Qanunvericilikdə aydın mexanizmin yaradılması həm hüquqi müəyyənliyi təmin edər, həm də sosial ədalət və humanizm prinsiplərinin praktikada daha dolğun həyata keçirilməsinə xidmət göstərər".

Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb

Qeyri-müəyyənlik tətbiq zamanı mübahisələrə səbəb olur

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin fikrincə, qanunun müvafiq müddəaları birlikdə nəzərə alınmalıdır:

"Qanunda 23 yaş həddi var. Təhsil müəssisələrində təminatları dayandırarkən bu müddəaya əsaslanırlar. Amma həmin qanunun 5-ci maddəsində təhsil müəssisəsini bitirənədək tam dövlət təminatı nəzərdə tutulur. Məsələni araşdırarkən hər iki müddəa nəzərə alınmalıdır. Qanundakı müddəalar arasında qeyri-müəyyənlik tətbiq zamanı mübahisələrə səbəb olur". Ə.Nuriyevin fikrincə, artıq yaranmış ödəniş tələbi ilə təminat hüququnun davam etməsi məsələləri bir-birindən fərqləndirilməlidir: "23 yaşına çatmış tələbə məzun olubsa, müavinətin köçürülməsinin gecikməsi onun hüququnun itirilməsinə səbəb olmamalıdır". Hüquqşünas hesab edir ki, "bütün sosial müavinətlər dayandırılır" ifadəsinin də dəqiqləşdirilməsinə ehtiyac var: "Şəxsin başqa əsasla aldığı sosial ödənişlər bu qanundakı yaş həddinə görə avtomatik dayandırıla bilməz. Təhsilini başa vurmağa az qalmış tələbənin dəstəkdən məhrum edilməsi onun məzun olmasını çətinləşdirə bilər. Ona görə sosial müdafiə tədbirinin nəticəsini qiymətləndirərkən bu hal mütləq nəzərə alınmalıdır". Ə.Nuriyevin fikrincə, mövcud mübahisələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir: "Müvafiq hüququ 23 yaşına qədər əldə etmiş tələbənin həmin vaxt oxuduğu proqram üzrə təminatları normativ təhsil müddətinin sonunadək saxlanılmalıdır. Belə şəxslərin məzunluq müavinətlərini yaşlarından asılı olmayaraq alması ayrıca qeyd olunmalıdır. Dəyişiklik maliyyə öhdəlikləri baxımından da nəzərə alınmalı, təhsil haqqının ödənilməsinə dair normalar və tətbiq qaydaları uyğunlaşdırılmalıdır".

Paylaş

Xəbər lenti

"44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü Bu gün, 14:49 Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi Bu gün, 14:49 Maştağada avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 14:49 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək Bu gün, 14:48 Xalq artisti Röya Ayxandan qeyri-adi obraz... Bu gün, 14:48 Tennis üzrə ölkə birinciliyinə yekun vurulub! Bu gün, 14:48 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir" Bu gün, 14:48 Flora Kərimova oğlu və qızı ilə Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb Bu gün, 14:48 Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi Bu gün, 14:48 Noyabrın ilk günü hava necə olacaq? Bu gün, 13:48 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib Bu gün, 13:48 Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında Bu gün, 13:48 ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır Bu gün, 13:48 Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb Bu gün, 13:48 Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib Bu gün, 13:48 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat Bu gün, 13:48 Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi Bu gün, 12:48 FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar Bu gün, 12:48 Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq Bu gün, 12:48 Deputat: "Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" Bu gün, 12:48 Bulvar dənizdən 30 kilometr aralı qala bilər Bu gün, 11:48 Qızıllar oğurlandı - Evdə usta işləyən kişi saxlanıldı Bu gün, 11:48 Qubadlıda ilk su elektrik stansiyası tikilir Bu gün, 11:48 "Qalatasaray"ın komandanı daşıyan avtobusuna kartof-soğan yüklədilər Bu gün, 11:48 Saçların ciddi zədələndiyini göstərən 5 əlamət Bu gün, 10:48 Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib Bu gün, 10:48 Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı Bu gün, 10:48 Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb Bu gün, 10:48 Masazırda binada yıxılaraq köməksiz qalan şəxs xilas olunub Bu gün, 10:48 Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir? Bu gün, 10:48 Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 126 dolları keçib Bu gün, 09:48 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" Bu gün, 09:48 Leyla Əliyeva "Planetin vəhşi ürəyi" sərgisindən paylaşım edib Bu gün, 09:48 Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir Bu gün, 09:48 Bir sıra ərazilər qazsız qalacaq Bu gün, 00:48 Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb Bu gün, 00:48 Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri Dünən, 23:48 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam" Dünən, 23:48 Roman Abramoviç Bakıya gəlib Dünən, 23:48 Arif Əfəndiyev vəfat etdi Dünən, 23:48 Sabah bir rayonda işıq olmayacaq Dünən, 23:48 Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR