31-10-2026, 22:48 107

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşımı kimi göstərilməsi, ardınca isə Türkiyəyə ünvanlanmış mesaj axtarışına çıxılması jurnalistikanın elementar yoxlama prinsipləri ilə uzlaşmır.

Əvvəlcə ən sadə faktı xatırladaq: Prezident İlham Əliyevin "TikTok" platformasında rəsmi hesabı yoxdur.

Deməli, həmin platformada yayılan videonu "Azərbaycan Prezidentinin paylaşımı" adlandırmaq üçün əsas yoxdur.

Buna baxmayaraq, "Milli Gazete" və "Sonsöz" kimi nəşrlərdə sözügedən video İlham Əliyevin "rəsmi "TikTok" hesabı"ndan paylaşılmış material kimi təqdim olunub. Beləliklə, mövcud olmayan rəsmi hesaba istinad xəbər mətnlərinə yol tapıb. Sosial şəbəkələrdə isə bu təqdimat daha da irəli aparılaraq videonun Türkiyəyə mesaj olub-olmadığı müzakirəyə çıxarılıb.

Halbuki səsləndirilən sözlərin mənbəyi də, tarixi də, konteksti də məlumdur.

Videoda istifadə olunan ifadələr Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciətində yer alır. Dövlət başçısı həmin çıxışında Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən, Ermənistanın məğlubiyyətindən və üçtərəfli bəyanatdan danışırdı. Azərbaycan xalqının səbri ilə oynamağın nəticələri barədə xəbərdarlıq da məhz bu kontekstdə səslənib. Çıxışın tam mətni Prezidentin rəsmi saytında açıq şəkildə yerləşdirilib. Bu sözləri bugünkü Türkiyə gündəminə ünvanlanmış yeni bəyanat kimi təqdim etmək onların tarixi mənasını təhrif edir.

Bu məlumatı yoxlamaq üçün xüsusi araşdırmaya ehtiyac yox idi. Hesabın rəsmiliyini dəqiqləşdirmək və çıxışın ilkin mənbəyini tapmaq kifayət edərdi.

Bu gün istənilən istifadəçi sosial şəbəkədə hesab aça, Prezidentin görüntülərini yerləşdirə, üzərinə başqa tarixdəki çıxışından səs əlavə edə və istədiyi başlığı yaza bilər. Videonun üzərinə yeni tarix qoyulması çıxışı yeniləmir. Paylaşımın çox baxış toplaması onu rəsmi bəyanata çevirmir. Hesabın adında Prezidentin adının, profilində isə şəklinin olması həmin səhifəyə dövlət başçısının adından danışmaq səlahiyyəti vermir.

Adi istifadəçinin səhvini peşəkar media təkrarlayanda yanlış məlumat daha geniş auditoriyaya çatır və xəbər statusu qazanır. Buna görə böyük media qurumlarının, jurnalistlərin və çoxsaylı izləyicisi olan hesabların məsuliyyəti daha böyükdür.

BAKU.WS Oxu.Az-a istinadən Türkiyənin bəzi media resurslarının bu məsələdə nümayiş etdirdiyi yanaşmanı məsuliyyətsiz hesab edirik. Azərbaycan Prezidentinə aid materialı yoxlamadan yaymaq, sonra da onun üzərində dövlətlərarası münasibətlərə dair mülahizələr qurmaq qəbuledilməzdir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər barədə danışanlardan xüsusilə dəqiqlik və təmkin gözlənilir.

Prezidentin hansısa ölkəyə mesaj verdiyini iddia edən media əvvəlcə həmin mesajın həqiqətən Prezident tərəfindən verildiyini yoxlamalıdır.

Dövlət başçısının rəsmi "Instagram", "YouTube", "Facebook" və "X" hesablarına keçidlər president.az saytında yerləşdirilib. Etibarlı məlumat üçün müraciət ediləcək ünvanlar açıqdır.

Türkiyədəki həmkarlarımızı və geniş auditoriyaya malik sosial şəbəkə istifadəçilərini belə materiallara məsuliyyətlə yanaşmağa çağırırıq. Yanlış məlumatı yayan redaksiyalardan isə xəbərlərini düzəltmələrini və oxucularına aydın izah vermələrini gözləyirik.

Auditoriyaya hörmət yoxlanılmış məlumatdan başlayır. İllər əvvəlki çıxışdan bugünkü qarşıdurma üçün başlıq düzəltmək peşəkar jurnalistikaya yaraşmır.

Paylaş

Xəbər lenti

Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir Bu gün, 00:48 Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi Dünən, 23:48 " Oyunu dəyişən adam": Harri Keyni "Qızıl top"a aparan uğur hekayəsi Dünən, 23:48 Ukrayna ordusunun hücumu nəticəsində Rusiyada sənaye müəssisəsinə ziyan dəyib Dünən, 23:48 Gəncədə 35 yaşlı kişinin meyiti dostunun evində tapıldı Dünən, 22:48 Kiyevliləri çətin qış gözləyə bilər Dünən, 22:48 Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb Dünən, 22:48 Pervin Buldan Öcalanın köçürüldüyü yeni məkanla bağlı açıqlama verib Dünən, 21:48 Fransada etiraz aksiyalarında 78 nəfər xəsarət alıb Dünən, 21:48 İlon Mask: Mars ABŞ-nin bir hissəsi olacaq Dünən, 21:48 "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub Dünən, 20:48 Bir qığılcım faciəyə səbəb ola bilər: Bakıda yataqxanada təhlükəli vəziyyət Dünən, 20:48 Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb Dünən, 20:48 Moskvada terror aktına hazırlaşmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb Dünən, 20:48 Rafinya Messinin rekord göstəricisini təkrarlayıb Dünən, 19:48 İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir Dünən, 19:48 Mətbuat Şurasının sədri jurnalistə qarşı zorakılığa münasibət bildirdi Dünən, 19:48 Salyanda ağır qəzada ölən şəxslərin fotoları Dünən, 18:48 İranlı generaldan xəbərdarlıq: "Növbəti müharibədə məhdudiyyət tanımayacağıq" Dünən, 18:48 Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb Dünən, 18:48 İranda COVID-19-a yoluxma artır Dünən, 17:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi Dünən, 17:48 "Neftçi" "Şamaxı"ya qalib gələrək liderliyə yüksəldi Dünən, 17:48 Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı" Dünən, 16:48 Zelenski: Ukrayna işğal altındakı ərazilərdən imtina etməyəcək Dünən, 16:48 Azərbaycanlı professor vəfat edib Dünən, 16:48 Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu Dünən, 15:48 ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var Dünən, 15:48 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək Dünən, 15:48 Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb Dünən, 14:48 Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib Dünən, 14:48 Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur Dünən, 14:48 Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Dünən, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Dünən, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Dünən, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Dünən, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Dünən, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Dünən, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Dünən, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Dünən, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Dünən, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Dünən, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Dünən, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Dünən, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Dünən, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Dünən, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Dünən, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Dünən, 10:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR