18-09-2025, 10:48 311

Bakı aeroportu

Bakıda keçiriləcək "Formula 1 Azərbaycan Qran Prisi 2025" ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib.

AVESTA.AZ quruma istinadən xəbər verir ki, bu yarışla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat hərəkətinə artıq məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, Azərbaycana gələn beynəlxalq qonaqların sayının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

Bu səbəbdən, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edərək səyahətlərini öncədən planlaşdırmağı və hava limanına vaxtında, rahat şəkildə çatmaq üçün əlavə zaman ayırmağı tövsiyə edir.

Sərnişinlərin rahat və maneəsiz səfəri üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:

• Hava limanına erkən gəlmək: Təhlükəsizlik və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq üçün uçuşdan ən azı 2 saat əvvəl aeroportda olun.

• Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir.

• Özünü qeydiyyat və baqaj təhvili köşkləri (self check in; baggage drop off) xidmətindən istifadə etmək: Bu xidmətlərdən yararlanmaqla siz qeydiyyat masalarında yaranan uzun növbələrdən yayınaraq prosesi daha sürətli başa vura bilərsiniz.

• Uçuş terminalı məlumatını öncədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron bilet və ya aviaşirkətin rəsmi saytından dəqiqləşdirin.

• "Aeroexpress" xidmətindən istifadə etmək: "28 May" metro stansiyasından hava limanına rahat və tıxacdan kənar çatmaq üçün "Aeroexpress" ictimai nəqliyyatından yararlanın.

• Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız rəsmi parklanma yerlərində saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Qısa müddətli (3 dəqiqə) dayanma üçün xüsusi "drop-off" zonalarından istifadə edin.

• Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.

• Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər: Əlavə dəstəyə ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə müraciət edin.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri Formula 1 dövründə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Sərnişinlər səyahətini öncədən planlaşdırmaqla rahat, təhlükəsiz və maneəsiz gediş-gəlişini təmin edə bilərlər.

Paylaş

Xəbər lenti

Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb Bu gün, 19:48 Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı Bu gün, 19:48 Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı Bu gün, 19:48 CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib Bu gün, 19:48 Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Bu gün, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib Bu gün, 18:48 Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? Bu gün, 18:48 Bilgəhdə 2 nəfər dənizdə batıb Bu gün, 18:48 Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq" Bu gün, 18:48 Şahməddin Abdullayevə vəzifə verildi Bu gün, 18:48 Muğla bələdiyyəsinin sədri: Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələrimiz var Bu gün, 17:48 Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var Bu gün, 17:48 Göygöl rayonuna dolu düşüb - Faktiki hava Bu gün, 17:48 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi Bu gün, 17:48 Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 17:48 DİN Daxili Qoşunlarının hərbi qulluqçusu: "Tək istəyimiz tapşırığı nəyin bahasına olursa-olsun icra etmək idi" Bu gün, 17:48 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb Bu gün, 16:49 Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir Bu gün, 16:49 Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb Bu gün, 16:48 Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib Bu gün, 16:48 Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var Bu gün, 16:48 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb Bu gün, 16:48 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər? Bu gün, 15:48 "Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı Bu gün, 15:48 Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək Bu gün, 15:48 Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu Bu gün, 15:48 Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb Bu gün, 15:48 Rihannadan ŞOK ETİRAF: "Həyat yoldaşımı sevərək evlənmədim!" Bu gün, 15:48 Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb Bu gün, 15:48 Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib Bu gün, 14:48 İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - SİYAHI Bu gün, 14:48 Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib Bu gün, 14:48 "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir Bu gün, 14:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb Bu gün, 14:48 Alim Qasımovla Üzeyir Mehdizadə duet oxudu Bu gün, 14:48 Həkimlər üçün yeni sertifikasiya qaydası: İmtahan verməyənlər nə qədər bal toplamalıdırlar? Bu gün, 14:48 Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər Bu gün, 13:48 "Haber Global": "15-18 min nəfərlik hərbi qrup 24 saatdan az müddətdə təslim olmağa məcbur edildi" Bu gün, 13:48 Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır Bu gün, 13:48 Prezidentin köməkçisi Pəncəli Teymurovun ailəsinin toy məclisinə qatıldı - Qol qaldırıb oynadı Bu gün, 13:48 AKTA regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlığını qiymətləndirib Bu gün, 13:48 "Bəy Mamed" hasarladığı həyəti istirahət parkına çevirir Bu gün, 13:48 Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb Bu gün, 12:48 Elxan Şahinoğlu: "İşğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə hər il milyardlarla manat vəsait ayrılır" Bu gün, 12:48 Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir? - Bu səhvləri etməyin Bu gün, 12:48 Göyçə gölünün üzərində tornado - ANBAAN VİDEO Bu gün, 12:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib Bu gün, 12:48 Xankəndi bayrama hazırlaşır Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR