
Azərbaycan və Almaniya iqlim və ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Almaniyanın Azərbaycandakı yeni səfiri Dirk Lölke ilə görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
Tərəflər həmçinin qlobal iqlim gündəliyi çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsini müzakirə ediblər.
"İqlim öhdəliklərinin yerinə yetirilməsini sürətləndirmək və nəzərəçarpacaq tərəqqiyə nail olmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq", - Babayev qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.