24-09-2025, 11:48 350

Yerli sanator-kurort sisteminin incisi

Müasir tibbin əsas prinsiplərindən biri ondan ibarətdir ki, sağlamlığın qorunması və bərpası yalnız həkim müdaxiləsi ilə məhdudlaşmır, həm də müalicə prosesinin keçirildiyi şəraitdən asılıdır. Peşəkar tibbi heyətin fəaliyyəti, güclü müalicə-diaqnostika bazası, rahat infrastruktur və əlverişli təbii amillər birləşdikdə, nəticə daha səmərəli olur. Bu baxımdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən və Xəzər rayonunda yerləşən "Abşeron" Sağlamlıq Mərkəzi nümunəvi müəssisələrdən biridir.

"Pazl.az"ın məlumatına görə, mərkəz təxminən 17 hektar ərazidə salınmışdır. Burada iki yataq korpusu, müalicə bloku, klub, konfrans zalı, istirahət və yaşıllıq zonaları, gəzinti yolları mövcuddur. Ümumilikdə 200-dən çox yer nəzərdə tutulmuşdur ki, bu da eyni vaxtda həm geniş auditoriyaya xidmət göstərməyə, həm də rahat və sakit mühit yaratmağa imkan verir.

"Abşeron"un əsas ixtisaslaşma istiqaməti həzm sistemi xəstəliklərinin müalicəsidir. Bu sahədə təcrübəli qastroenteroloqlar, dietoloqlar, fizioterapevtlər və reabilitoloqlar çalışır. Müasir kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika kabinetləri, ultrasəs və endoskopiya avadanlıqları xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və müalicənin nəticələrinin dəqiq izlənilməsinə şərait yaradır.

Sağlamlıq proqramı geniş çeşidli prosedurları əhatə edir. Mineral vannalar, sualtı masaj, infraqırmızı sauna, Şarko duşu, qaloterapiya, hidro-kolonoterapiya, parafin və palçıq müalicəsi, maqnitoterapiya, vakuum və ultrasəs terapiyası bu sıradadır. Bundan əlavə, ozonoterapiya, damardaxili müalicə üsulları, darsonval, elektron neyrostimulyasiya, amplipuls-terapiya və zərbə-dalğa terapiyası da tətbiq olunur. Relaksasiya üçün "Relounge" qurğusu vasitəsilə əzələ və sinir gərginliyinin aradan qaldırılması mümkündür.

Diyetoterapiya xüsusi diqqət mərkəzindədir. Yeməklər mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlərin ehtiyaclarına uyğun hazırlanır, menyular dietoloqlar tərəfindən tərtib edilir. Milli mətbəxin ənənələri qorunmaqla, qidalanma balanslaşdırılmış və sağlamlıq baxımından faydalı şəkildə təşkil olunur.

Kompleksin mühüm üstünlüyü müasir tibbi texnologiyalardan istifadə ilə bağlıdır. Burada qastro-duodenoskopiya, ultrasəs müayinələri, yeni nəsil fizioterapiya cihazları vasitəsilə müalicə aparılır. Eyni zamanda, ozon kapsulu və "Emsella" avadanlığı kimi innovativ üsullar uğurla tətbiq olunur.

"Abşeron"da istirahətçilərin rahatlığı da tam təmin edilmişdir. Korpuslarda əsaslı təmir aparılmış, yeni liftlər quraşdırılmış, əlilliyi olan şəxslər üçün şərait yaradılmışdır. Kompleks fasiləsiz enerji, müasir kanalizasiya sistemi, videomüşahidə, sürətli internet və IP-telefon rabitəsi ilə təmin olunur. Ərazidə yaşıllıqlar salınmış, gəzinti yolları və istirahət guşələri yenilənmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müəssisənin inkişafına xüsusi diqqət yetirir. Mərkəz mütəmadi olaraq yenilənir, müasir avadanlıqlarla təchiz edilir və hər il minlərlə insana xidmət göstərir. Bu, həm yerli əhalinin, həm də xarici qonaqların sağlamlığının bərpasına töhfə verir.

Mərkəzdə müalicə alan şəxslərdən biri, israilli rəssam Mila Kreynoviç xidmət səviyyəsini yüksək qiymətləndirərək, həkimlərin peşəkarlığını, tibbi xidmətin keyfiyyətini və düzgün qurulmuş dietik qidalanmanı xüsusi qeyd etmişdir.

Bu gün "Abşeron" Sağlamlıq Mərkəzi ölkəmizin sanator-kurort sistemində mühüm mövqeyə malikdir. Burada tibbi ənənələr müasir yanaşmalarla birləşdirilir, vətəndaşlara və xarici qonaqlara yüksək səviyyəli xidmət göstərilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə yaradılmış bu müəssisə sanator-kurort sisteminin incisi kimi dəyərləndirilə bilər.

Paylaş

Xəbər lenti

Emin Mahmudov millidə karyerasını başa vurur Bu gün, 13:49 Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirilib Bu gün, 13:49 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub Bu gün, 13:49 Deputat: "Yaxşı olardı ki, kuryerlər vergiyə cəlb olunsunlar" Bu gün, 13:49 Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı Bu gün, 13:49 Yasamalda boru partlayıb - Tədbir görülür Bu gün, 13:49 Yadplanetlilər həqiqətən varmı? - İlon Maskın diqqətçəkən paylaşımı Bu gün, 13:49 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU Bu gün, 13:48 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı Bu gün, 13:48 Pediatrdan mövsümi xəstəliklərlə bağlı ÇAĞIRIŞ Bu gün, 13:48 ABŞ İrana qarşı mövqeyini yumşalda bilər - Tramp üç variantı nəzərdən keçirir Bu gün, 13:48 Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək Bu gün, 12:48 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub Bu gün, 12:48 Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək" Bu gün, 12:48 Gökhan Özen: "Gözümdən əməliyyat olundum, dedilər botoks etdirmişəm" Bu gün, 12:48 Süni intellektlə şirkət rəhbərlərini təqlid edərək 130 milyon dollarlıq dələduzluq etdilər Bu gün, 12:48 Yasamalda boru partlayıb, su küçəboyu fontan vurur Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər Bu gün, 12:48 AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir Bu gün, 12:48 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı Bu gün, 11:48 NETTY 2026 ərizə qəbulu elan edilib Bu gün, 11:48 Nostradamusun 2027-ci il proqnozları üzə çıxdı - Müharibə, qızılın bahalaşması... Bu gün, 11:48 "İrşad" Zəfər sevincini "Şad Günlər"lə qeyd edir! Bu gün, 11:48 Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı Bu gün, 11:48 Bu şəxslər üçün yeni yaşayış evləri tikiləcək Bu gün, 11:48 Kamilo Durandan Azərbaycan bayrağı açan azarkeşə jest - ANBAAN VİDEO Bu gün, 11:48 Qobustanda göbələkdən zəhərlənənlərin son durumu Bu gün, 11:48 Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir Bu gün, 11:48 Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib Bu gün, 11:48 Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək Bu gün, 11:48 Toy üçün qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - YENİ QİYMƏTLƏR Bu gün, 11:48 Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq? Bu gün, 11:48 ADY-yə məxsus nasosda problem yarandı, tuneli su basdı Bu gün, 11:48 Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir Bu gün, 11:48 Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR