
Qara dəniz və Xəzər dənizi arasında etibarlı əlaqələr ticarət və enerji resurslarının hərəkəti üçün yeni imkanlar açır.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu Ukraynanın energetika naziri, Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Denis Şmıqal komissiyanın 14-cü iclasının açılışında deyib.
"Azərbaycandan Ukraynaya, Ukrayna vasitəsilə Avropaya gələcək logistika yollarını hazırlamaq lazımdır. Bu ən qısa logistika yolu olacaq, lakin hazırlığa indi başlamalıyıq", - o deyib.
D. Şmıqal vurğulayıb ki, müharibə dayandıqda və Qara dənizdə heç bir döyüş əməliyyatları olmadıqda, logistik işlərə dərhal başlamağa hazır olmaq lazımdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.