
Mingəçevirdə qonşular arasında mübahisə qanla bitib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Mingəçevir şəhərində 1987-ci il təvəllüdlü Şahid Məmmədov mübahisə zəminində bıçaqlanıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun qonşusu, 2005-ci il təvəllüdlü Ələkbər Osmanovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.