
Bərdə rayonunda avtomobil qəzaya uğrayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Bala Ərəblər kəndi ərazisində baş verib.
Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü Elgün Mustafazadə sürdüyü VAZ-2106 avtomobilində idarəetməni itirib yolun kənarındakı su kanalına aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.