5-10-2025, 19:48 274

İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?

Sentyabrın 29-da Əməkdar artist Cabir İmanovun idman zalında ürək tutmasından dünyasını dəyişməsi kədərli fakt oldu. Ölüm faktının idman zalında baş verməsi suallar da doğurdu. Çünki bundan öncə də idman zallarında ürək tutmasından baş verən ölüm faktları olmuşdu. İstər-istəməz idman zamanı qəbul edilən dərmanların ölümə səbəb olması barədə ehtimallar gündəmə gəldi. Həqiqətən də, görəsən, idman zalları, istifadə edilən dərmanlar hansısa hallarda ölümə səbəb ola bilərmi?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Müayinə zalın yox, şəxsin məsuliyyətidir"

Nutrisioloq, fəal idmanla məşğul olan Emil Allahverdiyev bildirib ki, ürək tutmaları sadəcə idman zallarında deyil, hər yerdə ola bilər: "Bu, sükan arxasında, hətta yemək yeyərkən də mümkündür. İdman zalında olması o demək deyil ki, məhz idmanla bağlıdır. İnsan içki içirdimi, yağlı yeməklər yeyirdimi, nəslində infarktdan dünyasını dəyişənlər varmı, əsas bunlara diqqət etmək lazımdır".

Nutrisioloqun fikrincə, idmana başlamazdan əvvəl sağlamlıq müayinəsindən keçmək lazımdır: "Yaşın 40-ın üzərindədirsə, heç vaxt idmanla məşğul olmamısansa, idmana gedirsənsə, müayinə mütləqdir. Xroniki xəstəliklər varsa, həkimlə məsləhətləşmək lazımdır. Amma bunları zaldan tələb etmək doğru deyil. Bu, insanın şəxsi məsuliyyətidir".

İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?

"Qadağandır, amma insanlara satılır"

E.Allahverdiyev idman zallarında təqdim edilən proteinlərin və qida əlavələrinin ürək problemlərinə heç bir təsiri olmadığı qənaətindədir: "Bəzi idmançılar steroidlər istifadə edirlər. Onlar protein və ya qida əlavəsi deyil. Onlar insan ömrünü qısaldır. Bir çox steroidlər qadağandır. Lakin bəzən gizli şəkildə alına bilir. Azərbaycanda bəzi preparatlar qadağandır. Amma zallarda bu dərmanlar təklif edilir. Məşqçilər idmanla məşğul olanlara sürətli nəticə almaq üçün preparat təklif edirlər. Məşqçilər bu dərmanların fəsadlarından da danışmalıdırlar. Deməlidirlər ki, nəticəyə tez çatsan da, ürəyində problemlər yaranacaq, təzyiqin qalxacaq, ömrün bir neçə il qısalacaq. Heyif ki, bir çox məşqçilər bunu etmir".

E.Allahverdiyevin fikrincə, idman zallarında çalışan məşqçilər tibbi yardım kursları keçməlidirlər.

"Bu xəstələr bir dəqiqə ərzində həyatlarını itirə bilərlər"

Almaniyada fəaliyyət göstərən həkim-kardioloq Firudin Qurbanov da bildirib ki, idman zallarında qəfil ürəktutmalarının bir çox səbəbi var: "Əsas risk qrupu yaşı 40-dan yuxarı olan insanlardır. Siqaret çəkənlər, artıq çəkisi olanlar, ailəsində ürək-damar xəstəliyi olanlar, şəkərli diabetdən və ya təzyiqdən əziyyət çəkənlər xüsusilə risk altındadırlar. Belə şəxslərin tac damarlarında problem ola bilər, amma gündəlik həyatda bunu hiss etməzlər. İdman zalında fiziki yüklənmə nəticəsində infarkt və ya qəfil ürək tutması baş verə bilər. Gizli ürək-damar xəstəliyi olan insanlar var. Bu, bəzən irsidir".

Həkim-kardioloq bildiribki, hipertrofik obstruktiv kardiomiopatiya zamanı ürək əzələsi qalınlaşır. Bu, gündəlik həyatda simptomsuz ola bilər, amma fiziki yüklənmə zamanı bədxassəli ritm pozğunluqları yarana və qəfil ölümlə nəticələnə bilər: "Bunu biz tez-tez gənc idmançılarda görürük - məşq və ya oyun zamanı qəflətən yıxılırlar və həyatlarını itirirlər".

İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?

Təcrübəsizliyin səbəb olduğu fəsadlar

F.Qurbanov yaşın yaratdığı risklərdən də bəhs edib: "Elə insanlar var ki, 40 yaşına kimi heç vaxt idman etməyib. Amma birdən sağlam həyata keçid etmək istəyir, idmana başlayır. Maksimal yüklənmə edir. Bu, çox risklidir. Təcrübəsiz şəxslər isinmə hərəkətləri etmədən ağır çəkilərlə məşqə başlayırlar. Halbuki ürəyin maksimal yüklənmə həddi var: 220-dən insanın yaşını çıxırıq. Məsələn, 50 yaşında insan üçün maksimal nəbz 170-dən yuxarı olmamalıdır. İsinmə hərəkətləri və yüklənmənin mərhələli artırılması mütləqdir".

Kardioloqun fikrincə, stres və stimulyatorlar da təsir edə bilir: "Daim kofein və enerji içkilərindən istifadə ürək damarlarında spazm yaradır, ritm pozğunluqlarına səbəb ola bilir. Bu da qəfil ürək tutmalarını artıran amillərdəndir".

"40 yaşı keçmiş şəxslər üçün müayinə mütləqdir"

Müsahibimiz bildirib ki, idmana başlamazdan əvvəl tibbi müayinələrdən keçmək mütləqdir: "Xüsusən 30-40 yaşdan sonra müayinələr vacibdir. EKQ ilə ürəyin ritminə baxmaq, gizli infarkt olub-olmadığını qiymətləndirmək lazımdır. Qan təzyiqi ölçülməlidir, çünki gizli hipertoniyaya çox rast gəlinir. Yüksək təzyiq idman zamanı aorta və ya beyin damarının yırtılmasına səbəb ola bilər. Qan analizləri ilə xolesterin, şəkər və lipidlər yoxlanmalıdır. Stres-test - qaçış və ya velosiped üzərində - ürəyin fiziki yüklənməyə reaksiyasını göstərir. Bu müayinələr əsasında həkim hansı idmanın və hansı intensivliyin uyğun olduğunu təyin edir".

Həkim idman zalında təklif edilən dərmanların orqanizmə təsirindən də danışdı: "Steroidlər bədənin həcminə uyğun olmayan dozada qəbul ediləndə çox zərərlidir. Tərkibində kofein, taurin olan stimulyatorlar dozanı aşdıqda ürək döyüntülərini sürətləndirir, qəfil ölümlərə gətirib çıxara bilir. Yağ yandırıcılar da təzyiqi qaldırır, ürək ritmini pozur. Protein tozları sağlam ürəyi və böyrəyi olan şəxslər üçün təhlükəsizdir, amma həddindən artıq qəbul böyrəklərə ziyan verir".

"Nəfəs almırsa, ürək masajı edilməlidir"

F.Qurbanovun sözlərinə görə, idman zallarında ilkin tibbi yardımı bilən məşqçilər olmalıdır: "İlk növbədə təcili yardıma zəng edilməlidir. Sonra nəfəsin olub-olmadığı yoxlanmalıdır. Əgər şəxs nəfəs almırsa və huşsuzdursa, dərhal ürək masajına başlanmalıdır. Dəqiqədə 100-120 dəfə sinə kompressiyası aparılmalıdır. 30 kompressiyadan sonra iki dəfə süni nəfəs verilir. İdman zallarında mütləq defibrilyator olmalıdır. Təlim keçmiş işçilər bu cihazdan istifadə edərək təcili yardım gələnədək xəstənin həyatını xilas edə bilərlər".

Paylaş

Xəbər lenti

Maştağada qızı qaçıran gənc polis maşınını görüb qaçarkən qəza törətdi Bu gün, 17:48 Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında Bu gün, 17:48 ABŞ-da 104 illik market şəbəkəsi 60 mağazanı bağlayır Bu gün, 17:48 İranda ABŞ-nin hücumu nəticəsində 6 hərbçi öldürülüb Bu gün, 17:48 Hakim vətəndaşın evini əlindən alır? - "10 gün vaxt verib ki, buranı boşaldın" Bu gün, 17:48 Trablusda neft çənlərinə PUA ilə hücum edildi Bu gün, 17:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib Bu gün, 17:48 Vahid məktəbli kitabçası niyə yoxdur? "Valideynlərə də zərərdir, bizə də, tullayırıq" Bu gün, 17:48 Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub Bu gün, 16:48 Həyat yoldaşını avtomobildən düşürən sürücüyə "qab yuma" tapşırığı verildi Bu gün, 16:48 Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır Bu gün, 16:48 Bişkekdə qapalı qapılar arxasında Putinlə Paşinyan arasında nə baş verdi? Bu gün, 16:48 Avqustda 70 aptekdə yoxlama aparılıb – 19-da nöqsan aşkarlanıb Bu gün, 16:48 76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər Bu gün, 16:48 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ Bu gün, 16:48 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi Bu gün, 16:48 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 16:48 Kadi 3 oyunluq cəzalandırılıb - SƏBƏB Bu gün, 16:48 Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub Bu gün, 15:48 "Formula 1"ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək Bu gün, 15:48 Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü Bu gün, 15:48 Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər Bu gün, 15:48 Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib Bu gün, 15:48 Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb Bu gün, 15:48 Bakının 100-dən çox küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? Bu gün, 15:48 Malların gömrükdə bəyan edilməsi ilə bağlı yeni qayda qüvvəyə minir Bu gün, 15:48 Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib Bu gün, 14:48 Bakıda bu yolda nişan sürücülərin CƏRİMƏLƏNMƏSİNƏ səbəb olur Bu gün, 14:48 "SOCAR Green": BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək Bu gün, 14:48 Orxan Həsənoğlu: Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları üçün cinayət tərkibli materiallar yoxdur Bu gün, 14:48 Birinci sinfə 124 mindən çox uşaq qəbul olunub Bu gün, 14:48 Alen Simonyan Hikmət Hacıyevlə görüşü və Bakıya səfəri barədə açıqlama verib Bu gün, 14:48 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA Bu gün, 14:48 Bu bağçalar dövlət dəstəyi ilə fəaliyyət göstərəcək - SİYAHI Bu gün, 14:48 İsfəndiyar Axundov həbs edilən iş adamı barəsində danışdı: "Emil Səməndərov savadsız adam idi, aldatdılar" Bu gün, 14:48 Rusiya XİN: Minaların təmizlənməsi münaqişə zonalarının bərpası üçün zəruri şərtdir Bu gün, 13:48 Aygün Kazımovanın kişi fanatları izdiham yaratdı Bu gün, 13:48 Bu il indiyədək neçə şagird yerdəyişmə edib? - RƏSMİ Bu gün, 13:48 İbrahim Tatlısesin son görüntüsü pərəstişkarlarını narahat etdi Bu gün, 13:48 Ərindən borc istəyən qadın döyülüb Bu gün, 13:48 Bəşər Əsədin gizli nüvə fəaliyyəti üzə çıxdı - 73 ton uran tapıldı Bu gün, 13:48 Əhməd Davudoğluna qarşı istintaq başladılıb Bu gün, 13:48 Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib Bu gün, 12:48 Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib Bu gün, 12:48 Bakıda avqust ayı normadan 2 dərəcə isti keçib Bu gün, 12:48 Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı Bu gün, 12:48 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs verildi Bu gün, 12:48 Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR