Dünən, 17:48 104

Vahid məktəbli kitabçası niyə yoxdur?

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideyn və şagirdlərlə yanaşı, məktəbli ləvazimatları satan sahibkarların da narazılığına səbəb olan məsələlərdən biri məktəbli kitabçalarının vahid formada olmamasıdır.

AVESTA.AZ Baku TV-yə istinadla xəbər verir ki, vətəndaşların sözlərinə görə, dərs ilinin əvvəlində müxtəlif nəşriyyatların hazırladığı məktəbli kitabçaları alınır. Lakin tədris ili başlayandan sonra bəzi məktəblər və hətta ayrı-ayrı siniflər fərqli nəşriyyatların kitabçalarını tələb edir.

Valideynlər hesab edirlər ki, bütün məktəblərdə istifadə ediləcək vahid məktəbli kitabçasının müəyyənləşdirilməsi daha məqsədəuyğun olar.

Satıcılar isə bildirirlər ki, müxtəlif məktəblərin fərqli tələbləri səbəbindən bəzi məhsullar, ümumiyyətlə, satılmır və nəticədə əllərində qalır. Onların sözlərinə görə, bu vəziyyət sahibkarlara da maddi zərər vurur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, qurum tərəfindən ümumi təhsil müəssisələrində hər hansı nəşriyyatın hazırladığı məktəbli kitabçasından istifadəyə dair vahid tələb və ya tövsiyə müəyyən edilməyib.

Qeyd olunub ki, məktəbli kitabçasının əldə edilməsi ilə bağlı qərar müəllim və valideynlərin qarşılıqlı razılığı əsasında qəbul edilə bilər. Bununla yanaşı, məktəb və ya müəllim tərəfindən şagirdlərdən məktəbli kitabçasının alınmasının tələb edilməsi yolverilməzdir.

Agentlikdən vurğulanıb ki, şagirdlərin summativ və formativ qiymətləndirilməsinin nəticələri müəllim tərəfindən iş dəftərlərində qeyd oluna bilər. Valideynlərin təhsilalanların qiymətləndirilməsi, təlim nəticələri və digər məsələlərlə bağlı məlumatlandırılması isə digər kommunikasiya vasitələri, o cümlədən rəqəmsal platformalar vasitəsilə həyata keçirilə bilər.

Əlavə edilib ki, təhsil prosesinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ümumi təhsil müəssisələrində elektron jurnal və elektron gündəliklərdən istifadənin genişləndirilməsi, eləcə də təhsilalanlar, valideynlər və təhsilverənlər üçün rəqəmsal imkanların artırılması istiqamətində işlər davam etdirilir.

Paylaş

Xəbər lenti

İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Bu gün, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Bu gün, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Bu gün, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Bu gün, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Bu gün, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Bu gün, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Bu gün, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Bu gün, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Bu gün, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Bu gün, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Bu gün, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Bu gün, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Bu gün, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Bu gün, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Bu gün, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Bu gün, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Bu gün, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Bu gün, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Bu gün, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Bu gün, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Bu gün, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Bu gün, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Bu gün, 17:48 Toydan gələrkən qəzaya düşdü Bu gün, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 17:48 Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? Bu gün, 17:48 "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi Bu gün, 17:48 Sabahdan Bakıda bu yolda da məhdudiyyətlər olacaq Bu gün, 16:48 İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 16:48 Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi Bu gün, 16:48 "Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Bu gün, 16:48 Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda Bu gün, 16:48 Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə Bu gün, 16:48 Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA-dan AÇIQLAMA Bu gün, 16:48 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq... Bu gün, 16:48 Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir Bu gün, 16:48 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti Bu gün, 16:48 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır - YENİLİK Bu gün, 16:48 S&P: SOCAR-la sövdələşmə "Comstock" şirkəti üçün LNG seqmentində perspektivlər açır Bu gün, 15:48 Dünyada ərzaq qiymətləri kəskin bahalaşdı - ŞOK RƏQƏMLƏR Bu gün, 15:48 Dərmandan zəhərlənən qadın öldü Bu gün, 15:48 İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib Bu gün, 15:48 Nepalda tuneldə 9 gün qalan 2 işçi xilas edildi Bu gün, 15:48 Uzun müddət oturmaq xərçəngdən ölüm riskini 9 faiz artırır Bu gün, 15:48 İsveçrəyə yeni səfir təyin edilən Vaqif Sadıqov kimdir? - DOSYE Bu gün, 15:48 Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR