Bu gün, 18:48 58

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli

Azərbaycanla Ermənistan arasında sülh quruculuğu istiqamətində fəaliyyət davam edir. Bu, Bakı və İrəvan rəsmilərinin açıqlamalarında da müşahidə olunur.

Ötən gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündən danışarkən, deyib ki, Bakı və İrəvan arasında sülh prosesinin dərinləşdirilməsi əsas müzakirə mövzusu olub.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, onun sözlərinə görə, tərəflər həll olunmamış məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlərin tətbiqi barədə razılığa gəliblər.

Alen Simonyan həmçinin erməni və Azərbaycan cəmiyyətlərinin bir-birinə münasibətinin tədricən dəyişdirilməsinin zəruriliyini vurğulayıb: "30 illik izi təkcə Ermənistanda deyil, həm də Azərbaycanda da insanların münasibətində dəyişə bilməliyik".

O qeyd edib ki, iki ölkə arasında artıq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş verir və bu təmasları davam etdirmək lazımdır. TŞ katibi Azərbaycana səfər edə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, bu il aprelin 29-da Ermənistan Respublikasının Ağverən rayonunda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.

Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair aşağıdakı təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər.

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli

İyunun 14-də isə Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğız Respublikasının paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində görüşüb. Liderlər münasibətlərin normallaşması və sülhün möhkəmlənməsi üçün ikitərəfli birbaşa təmasları davam etdirməyə dair razılaşıblar. Həmin görüşdə iki ölkə arasında "sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in paraflanmasının əhəmiyyəti vurğulanıb. Liderlər işgüzar dairələr arasında təmasları alqışlayıblar, əməkdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar.

Tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün əldə olunmuş razılıqlar əsasında işlərin davam etdirilməli olduğunu bildiriblər. Onlar Zəngəzur dəhlizini (TRIPP) müzakirə ediblər. Liderlər onun reallaşması üçün növbəti addımların atılmasını və yolboyu tikiləcək bağlantıların vacibliyini də qeyd ediblər.

İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə TRIIP kimi qlobal əhəmiyyətli layihə əsasən, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, təkliflərə uyğun reallaşır.

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiv Uitkoffun Azərbaycanla Ermənistan arasındakı razılaşmalar və Ştatların onları həyata keçirilməsindəki rolu haqqında məqaləsini yerləşdirib.

Məqalə müəllifi bildirib ki, Vaşinqton Bakı və İrəvanla birlikdə artıq razılaşmaların praktiki həyata keçirilməsi üzərində işləyir, Cənubi Qafqaz isə daha təhlükəsiz və sabit olub.

Stiv Uitkoff layihənin regional və qlobal əhəmiyyətini də məqaləsində vurğulayıb: "Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin etməli, həmçinin Mərkəzi Asiyanı və Xəzər bölgəsini Avropa ilə birləşdirən regional marşrutları genişləndirməlidir".

Onun sözlərinə görə, bu marşrut boyunca özəl investisiyaları stimullaşdırmaq üçün ABŞ öz vəsaitləri hesabına 201 milyon dollar kapitallaşdırılmış "Trans-Caspian Enterprise Fund"u işə salıb.

Ermənistanda bu layihənin əleyhdarları hesab edirlər ki, Zəngəzur dəhlizi onların ölkəsinin ərazi bütövlüyü və suverenlyinə zərbə vuracaq. Ancaq normal praqmatik təhlil bu iddiaları təkzib edir və görünən odur ki, bu layihə Ermənistana milyardlarla dollarlıq sərmayə axınına şərait yaradacaq.

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli

İki ölkə arasında münasibətlərin normallaşmasına ən böyük maneə Ermənistanın özündə yaradılır. Burada kənar təsir və müdaxilələr də böyük rol oynayır. Bu işdə "revanşist" xülyalarla yaşayan siyasi müxalifət xüsusilə fərqlənir. Son zamanlar hakimiyyət keçmiş prezidentlər – Robert Köçəryan, Serj Sarqsyan, müdafiə naziri Seyran Ohanyan və başqaları barəsində cinayət işi başlamaqla həm onları törətdikləri əməllərə görə cəzalandırmaq, həm də sülh neytrallaşdırmaq istəyir.

Məlum olur ki, müxalifət düşərgənin bu kimi nümayəndələri hakimiyyətdə olduqları vaxt vəzifə səlahiyyətlərinn aşaraq dövlətlərinə külli məbləğdə ziyan vurublar. Onlar Azərbaycanla Ermənistan arasında davam edən normallaşma prosesinə qarşı çıxmaqla bu kimi cinayətlərini ört-basdır etməyə də səy göstərirlər.

II Qareginin başçılıq etdiyi kilsə də bu istiqamətdə canfəşanlıq edir. Ermənistanın baş keşişi subaylıq andının pozmaqda, gizli ailəyə, nikahsız uşaqlara sahib olmaqda ittiham edilir.

Kilsənin bu nümayəndələri də təmsil etdikləri dindən sui-istifadə hallarını gizlətmək üçün Nikol Paşinyan hökumətinə Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə qarşı çıxış etməklə özlərinin törətdikləri cinayətlərə görə alacaqları cəzalardan qorumağa çalışırlar.

Azərbaycanla münasibətlərin normallaşmasına başlıca maneə isə içərisində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasıdır. Rəsmi Bakı bu məsələni beş ildən çoxdur İrəvanın diqqətinə çatdırır. Baş nazir Nikol Paşinyan ötən gün bildirib ki, yenilənmiş konstitusiya layihəsinin 2026-cı ilin sonuna qədər rəsmi şəkildə dərc olunması planlaşdırılır.

Azərbaycan Ermənistanla sülh və normallaşma prosesinin təşəbbüskarı və hazırda reallaşdırılan sülh gündəliyinin müəllifidir. Bu gündəliyin reallaşması istiqamətində də ilk addım o atıb. Təxminən bir il öncə, 2025-ci il noyabrın 6-da dəmir yolu ilə Azərbaycan ərazisindən Rusiya buğdasının ilk partiyası Ermənistana çatdırılmışdı.

Ondan bir müddət əvvəl Prezidenti İlham Əliyev Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırdığını açıqlamışdı.

Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına əsasən, 2026-cı ilin yanvar-iyul aylarını əhatə edən dövrdə Azərbaycan vasutəsilə Ermənistana 17 milyon 372,1 min dolları dəyərində mal ixrac edib.

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli

2025-ci ilin dekabrından başlayan bu proses çərçivəsində Azərbaycan Ermənistana 20 min tona yaxın neft məhsulu satıb. Bundan əlavə, regionda sülh gündəliyinə və kommunikasiyaların açılmasına dəstək olaraq, Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit keçməklə ümumilikdə 60 min tona yaxın yük daşınıb.

Sentyabrın 3-də isə Ermənistandan Azərbaycana ixracla bağlı ilk sövdələşmə baş tutub. Bu barədə Nikol Paşinyan məlumat verərək, detalları açıqlamayıb: "Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər".

Əsas məsələlərdən biri də beynəlxalq dəstəkdir. Çünki iki ölkənin bir-birinə yaxınlaşmasına yardım edənlərlə yanaşı, bunun əksinə çıxış edənlər də var.

Buna Ermənistan hakimiyyəti də şərait yaradır. Azərbaycana, Türkiyəyə və Bakı-İrəvan əlaqələrinin yaxşılaşmasına dəstək verənləri razı salan bəyanatlarla çıxış edən Paşinyan hökuməti sülh və normallaşma prosesinə, etimad mühitinin yaranmasına problem yaradan addımlar da atır. Bir təfədən normallaşmadan, sülhdən, TRIIP-ın reallaşması istiqamətində görülən işlərdən danışan rəsmi İrəvan, o bir yandan sürətlə silahlanmaqdadır. Hökumətin bu ilin iyununda təsdiqlədiyi "2027–2029-cu illər üçün dövlət xərclərinin ortamüddətli proqramı"na əsasən, ölkənin birbaşa müdafiə xərcləri 2027-ci ildə 1,635 milyard dollar, 2028-ci ildə 1,733 milyard dollara, 2029-cu ildə isə 1,749 milyard dollara qədər artacağı göstərilib.

Bundan başqa sənədə əsasən, müdafiə, ictimai asayiş, təhlükəsizlik və məhkəmə sistemi üzrə məcmu dövlət xərcləri 2027-ci ildə ÜDM-in 6,3%-ni, 2028-ci ildə 6,1%-ni və 2029-cu ildə 5,6%-ni təşkil edəcək.

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın silahlandırılmasında Fransa da iştirak etsə belə, əsas silah təchizatçısı rolunda Hindistan çıxış edir. Tərəflər arasında bağlanmış müqavilələrin ümumi dəyərinin 2 milyard dollara yaxınlaşdığı bildirilib.

Bişkekdə məlum toplantıda Paşinyanla görüşdən sonra Hindistanın Baş naziri Narendra Modi erməni dilində mesaj dərc edərək müdafiə, kosmik sənaye və informasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Son on ildə Hindistanın tutduğu mövqe bu yaxınlaşmaların və hərbi sahədə əməkdaşlığın heç xoş məramlı olmadığı qənaətinə gəlməyə əsas verir.

Belə görüş və müqavilələr İrəvanın sülh və normallaşma ilə bağlı açıqlamalarına, atılan azsaylı addımlarına axıradək etibar etməyə imkan vermir. Bu kimi əlaqələr və əməkdaşlıq İrəvan üzərində daim şübhə kölgəsini saxlayır...

Bütün bunlarla yanaşı iki ölkə lideri arasında birbaşa və təkbətək görüşlər, danışıqları, yükdaşımaları, habelə, dövlət rəsmilərinin üçüncü ölkədə deyil, öz ərazilərində görüşməsi, sərhədlərin delimitasiya və demarkasiyası, rəsmi İrəvanın Konstitusiyanı dəyişmək, yaxud yeniləmək istiqamətində addım atacağını bəyan etməsi kimi hadisələr Azərbaycanla Ermənistan arasında normallaşmanın ilk növbədə elə İrəvanın özü üçün qaçılmaz olduğunu göstərir.

Paylaş

Xəbər lenti

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Bu gün, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Bu gün, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Bu gün, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Bu gün, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Bu gün, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Bu gün, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Bu gün, 17:48 Toydan gələrkən qəzaya düşdü Bu gün, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 17:48 Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? Bu gün, 17:48 "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi Bu gün, 17:48 Sabahdan Bakıda bu yolda da məhdudiyyətlər olacaq Bu gün, 16:48 İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 16:48 Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi Bu gün, 16:48 "Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Bu gün, 16:48 Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda Bu gün, 16:48 Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə Bu gün, 16:48 Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA-dan AÇIQLAMA Bu gün, 16:48 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq... Bu gün, 16:48 Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir Bu gün, 16:48 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti Bu gün, 16:48 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır - YENİLİK Bu gün, 16:48 S&P: SOCAR-la sövdələşmə "Comstock" şirkəti üçün LNG seqmentində perspektivlər açır Bu gün, 15:48 Dünyada ərzaq qiymətləri kəskin bahalaşdı - ŞOK RƏQƏMLƏR Bu gün, 15:48 Dərmandan zəhərlənən qadın öldü Bu gün, 15:48 İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib Bu gün, 15:48 Nepalda tuneldə 9 gün qalan 2 işçi xilas edildi Bu gün, 15:48 Uzun müddət oturmaq xərçəngdən ölüm riskini 9 faiz artırır Bu gün, 15:48 İsveçrəyə yeni səfir təyin edilən Vaqif Sadıqov kimdir? - DOSYE Bu gün, 15:48 Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub Bu gün, 15:48 Ayxan Abbasov: "Milli komanda olaraq oyunlarımızı tək Bakıda yox, bölgədə də keçirmək istəyirik" Bu gün, 15:48 Nərdivandan yıxılan 73 yaşlı kişi öldü Bu gün, 14:48 Biləcəridə yolun hərəkəti tam məhdudlaşdırılacaq Bu gün, 14:48 Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək Bu gün, 14:48 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ Bu gün, 14:48 "Gənclik Mall"un qarşısında tıxacın əsl səbəbi Bu gün, 14:48 BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır Bu gün, 14:48 12 yaşlı qızın telefon siqnalı polisə oteli göstərdi: ABŞ hərbçisi saxlanıldı Bu gün, 14:48 Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi Bu gün, 14:48 Renat Dadaşovun yeni klubu məlum oldu Bu gün, 14:48 Bakının bu hissəsində yol hərəkətinin təşkili dəyişir Bu gün, 13:48 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü Bu gün, 13:48 Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq Bu gün, 13:48 Trampın portreti əks olunan 1 dollarlıq sikkə dövriyyəyə buraxılıb Bu gün, 13:48 2027 tarixin ən isti ili ola bilər Bu gün, 13:48 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR