
ABŞ Xəzinədarlığı ölkənin müstəqilliyinin 250 illiyi ilə bağlı hazırlanan və üzərində Prezident Donald Trampın portreti əks olunan yeni 1 dollarlıq sikkələri dövriyyəyə buraxıb.
BAKU.WS xəbər verir ki, ABŞ Sikkəxanası (US Mint) tərəfindən zərb edilən sikkələr sentyabrın 2-dən etibarən rəsmi olaraq istifadəyə verilib.
Yeni sikkələr ABŞ-nin müstəqilliyinin 250-ci ildönümünə həsr olunub. Vaşinqtonda yerləşən ABŞ Sikkəxanasının satış məntəqəsinin qarşısında yeni pul vahidinin təqdimatı ilə bağlı məlumatlandırıcı plakatlar yerləşdirilib.
Sikkələrin dövriyyəyə buraxılmasından sonra Vaşinqtondakı rəsmi satış məntəqələrində və banklarda onlara marağın artdığı bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.