Bu gün, 11:48 69

Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda sentyabrın 4-də keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməniəsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, İncildən istifadəyə imkan verilməməsi və Quran oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir.

Bu barədə BAKU.WS-ə Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, Ombudsmanın fikrincə, ermənistanlı hüquq müdafiəçisinin (Siranuş Saakyan - red.) heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi prinsipləri ilə bir araya sığmır:

"Xüsusilə, ayrı-ayrı şəxslərlə bağlı məsələlərin dini mənsubiyyətlə əlaqələndirilməsi və xristian-müsəlman qarşıdurması müstəvisinə keçirilməsi cəhdləri yolverilməzdir.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dünyəvi dövlətdir. Ölkədə müxtəlif dini konfessiyalara mənsub şəxslərin hüquq və azadlıqlarının təmin olunmasına bərabər yanaşılır, onların dini etiqad azadlığına hörmət edilir.

Məhkəmə tərəfindən müəyyən edilmiş cinayət məsuliyyətini şəxslərin etnik mənsubiyyəti ilə əlaqələndirmək və həmin şəxslərin törətdikləri əməllərə görə qanuni əsaslarla çəkdikləri cəzanı "etnik və ya dini təqib" kimi təqdim etmək yolverilməzdir. Cinayət məsuliyyəti şəxsin hansı etnik mənsubiyyətə və ya dini etiqada malik olması ilə deyil, törədilmiş əməlin xarakteri, həmin əməl üzrə toplanmış sübutlar və məhkəmənin hüquqi qiymətləndirməsi ilə müəyyən olunur".

Vurğulanıb ki, Ombudsmanın Milli Preventiv Qrupunun müxtəlif vaxtlarda həyata keçirdiyi monitorinq və başçəkmələr zamanı Azərbaycan ərazisində saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirilmiş, tibbi və psixoloji vəziyyətləri qiymətləndirilmiş, beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları onlara öz ana dillərində izah edilib:

"Həyata keçirilmiş monitorinqlər zamanı həmin şəxslərin hüquq və azadlıqlarının beynəlxalq standartlara uyğun səviyyədə, ayrı-seçkiliyə yol verilmədən təmin edildiyi, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu müəyyən edilib".

Bu baxımdan, Ombudsman insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti siyasi məqsədlərə xidmət edən bəyanatlardan və qarşıdurma ritorikasından fərqləndirməyin zəruriliyini xüsusi vurğulayır:

"Yoxlanılmış faktlara əsaslanmadan "işgəncə", "dini təqib" və dini mənsubiyyətə görə ayrı-seçkilik kimi ağır ittihamların irəli sürülməsi ictimai rəyi yanıltmağa, sülh danışıqlarını pozmağa və dini zəmində qarşıdurma yaratmağa xidmət edir.

Bu cür məsuliyyətsiz yanaşmalar Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi fonunda xüsusilə narahatedicidir. Davamlı sülh yalnız siyasi və hüquqi razılaşmalarla deyil, eyni zamanda cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, dözümsüzlük və nifrət ritorikasından çəkinilməsi ilə mümkündür. Təsdiqlənməmiş məlumatların dini zəmində təqdim edilməsi cəmiyyətlər arasında etimadsızlığı dərinləşdirir və sülh və barışıq üçün zəruri olan mühitə zərər vurur.

İnsan hüquqlarının müdafiəsi siyasi məqsədlər naminə faktların təhrif edilməsini və dini mənsubiyyət üzərindən düşmən obrazının yaradılmasını qəbul etmir. Bu sahədə fəaliyyət göstərən şəxslər öz açıqlamalarında məsuliyyətli olmalı, obyektiv və yoxlanılmış faktlara əsaslanmalı, sülhə və qarşılıqlı etimada xələl gətirə biləcək ritorikadan çəkinməlidirlər".

Paylaş

Xəbər lenti

Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI Bu gün, 11:48 Özbəkistanda kişi yaşadığı binanın zirzəmisində köpəkbalıqları yetişdirib Bu gün, 11:48 Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir Bu gün, 11:48 Bakıda qadın avtomobilə hücum edib, parçalamağa çalışdı - ANBAAN VİDEO Bu gün, 11:48 Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq Bu gün, 11:48 Fərid Qayıbov: "IRONMAN 70.3" yarışını çoxdan gözləyirdik Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 104 dollara enib Bu gün, 10:48 Mərhum Xalq artisti Səyavuş Aslanın doğum günüdür Bu gün, 10:48 Bu gün Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndəriləcək Bu gün, 10:48 Yenicag.az saytının 19 yaşı tamam olur Bu gün, 10:48 Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir Bu gün, 10:48 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 09:48 "Sabah"ın "Barselona" ilə oynayacağı matçın stadionu bəlli oldu Bu gün, 09:48 Luis Enrike PSJ ilə müqaviləsini uzatdı Bu gün, 09:48 Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır Bu gün, 09:48 ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib? Bu gün, 09:48 Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb Bu gün, 00:48 Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir Bu gün, 00:48 Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib Dünən, 23:48 Yasamalda müəmmalı ev mübahisəsi Dünən, 23:48 Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY Dünən, 23:48 Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər Dünən, 23:48 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? Dünən, 22:48 MİDA evləri bazarda mənzilləri ucuzlaşdıracaq? - Ekspertdən CAVAB Dünən, 22:48 Öskürəyin səsi və xarakteri bu xəstəliklərdən xəbər verə bilər Dünən, 22:48 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb Dünən, 22:48 İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Dünən, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Dünən, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Dünən, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Dünən, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Dünən, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Dünən, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Dünən, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Dünən, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Dünən, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Dünən, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Dünən, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Dünən, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Dünən, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Dünən, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Dünən, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Dünən, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Dünən, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Dünən, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Dünən, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Dünən, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Dünən, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR