Bu gün, 19:48 95

Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar

Azad olunmuş ərazilərə gedən turistlər və vətəndaşlar şəhidlərin ruhuna, qazilərə hörmətlə yanaşmalıdırlar.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında 44 günlük Vətən müharibəsində şəhid olan Xalid Gözəlovun atası Həsən Gözəlov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, hər yerdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə müəyyən davranış qaydalarına riayət edilməlidir:

"Orada Azərbaycan oğulları can qoyub, əziyyət çəkiblər. Ona görə də azad olunmuş ərazilərə gedən insanlar o yerlərə hörmətlə yanaşmalıdırlar. Vicdanı olan hər bir şəxs oraları təmiz saxlamalı və şəhidlərimizin qanı bahasına azad edilmiş torpaqlara ehtiram göstərməlidir. Təəssüf ki, bəzi insanlar daşların, divarların, evlərin və digər yerlərin üzərinə adlarını və müxtəlif ifadələr yazırlar. Bu, qətiyyən düzgün deyil".

Şəhid atası elə davranışlara yol verən şəxslərə çağırış edib:

"Kimin hansı fikri və ya arzusu varsa, bunun üçün nəzərdə tutulmuş xüsusi lövhələrdən, digər vasitələrdən istifadə edə bilər. Amma divarlara, daşlara və digər yerlərə yazı yazmaq yolverilməzdir. Bu cür hərəkətlər həmin ərazilərin görünüşünü və tarixi-mədəni dəyərini də korlayır".

Şəhid Ruhid İslamlının anası Təranə Şükürova bildirib ki, şəhidlərin adlarının qayalara və digər səthlərə yazılması onların xatirəsinə hörmət deyil:

"Şəhidlərin adlarının yaşadılması üçün belə üsullara ehtiyac yoxdur. Mən istəməzdim ki, şəhidimin adı boya və ya başqa vasitələrlə yazılsın. Onsuz da o, vətən uğrunda döyüşərək öz qanı ilə adını həmin qayalara yazıb. Şəhidlər nəinki adlarını qayalara, tarixə və dünyaya yazıblar. Heç vaxt razı olmaram ki, övladımın adı ayaq altında qalsın. Digər şəhidlər də mənim balamdır. Əgər bu hərəkəti etməklə onlara hörmət etmək istəyirlərsə, bunun əvəzinə şəhidlərimizi ansınlar, onları daim xatirələrində yaşatsınlar".

Şəhid Elvin Abbasovun anası Bahar Abbasova da övladının adının bu şəkildə yazılmasını istəmədiyini söyləyib:

"Mən qətiyyən istəmərəm ki, övladımın adı belə yerlərə yazılsın. Valideynlərin icazəsi olmadan şəhidlərin adlarının yazılması yolverilməzdir. Bu, xoş qarşılanacaq hal deyil".

Şəhid Turqut Xəlilbəylinin qardaşı Xəlil Xəlilbəyli isə şəhid adlarının bu formada qayalara yazılmasını doğru hesab etmədiyini vurğulayıb:

"Hər bir halda belə yanaşma yolverilməzdir. Başa düşürəm ki, şəhidlərin adını yaşatmaq üçün yazırlar. Lakin biz bilmirik, həmin yer necə yerdir, ora kimlər gəlib-gedir. Sabah həmin səthlərə başqa hansı sözlərin yazılacağını da bilmirik. Bu səbəbdən şəhid adlarının bu formada qayalara yazılması xoş deyil".

Xatırladaq ki, Şuşada turistlərin adlarının yazıldığı qayaların görüntüləri paylaşılıb. Adları Şuşaya səfər edən turistlərin yazdığı iddia olunur.

Paylaş

Xəbər lenti

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Bu gün, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Bu gün, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Bu gün, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Bu gün, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Bu gün, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Bu gün, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Bu gün, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Bu gün, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Bu gün, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Bu gün, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Bu gün, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Bu gün, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Bu gün, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Bu gün, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Bu gün, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Bu gün, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Bu gün, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Bu gün, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Bu gün, 17:48 Toydan gələrkən qəzaya düşdü Bu gün, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 17:48 Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? Bu gün, 17:48 "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi Bu gün, 17:48 Sabahdan Bakıda bu yolda da məhdudiyyətlər olacaq Bu gün, 16:48 İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 16:48 Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi Bu gün, 16:48 "Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Bu gün, 16:48 Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda Bu gün, 16:48 Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə Bu gün, 16:48 Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA-dan AÇIQLAMA Bu gün, 16:48 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq... Bu gün, 16:48 Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir Bu gün, 16:48 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti Bu gün, 16:48 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır - YENİLİK Bu gün, 16:48 S&P: SOCAR-la sövdələşmə "Comstock" şirkəti üçün LNG seqmentində perspektivlər açır Bu gün, 15:48 Dünyada ərzaq qiymətləri kəskin bahalaşdı - ŞOK RƏQƏMLƏR Bu gün, 15:48 Dərmandan zəhərlənən qadın öldü Bu gün, 15:48 İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib Bu gün, 15:48 Nepalda tuneldə 9 gün qalan 2 işçi xilas edildi Bu gün, 15:48 Uzun müddət oturmaq xərçəngdən ölüm riskini 9 faiz artırır Bu gün, 15:48 İsveçrəyə yeni səfir təyin edilən Vaqif Sadıqov kimdir? - DOSYE Bu gün, 15:48 Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub Bu gün, 15:48 Ayxan Abbasov: "Milli komanda olaraq oyunlarımızı tək Bakıda yox, bölgədə də keçirmək istəyirik" Bu gün, 15:48 Nərdivandan yıxılan 73 yaşlı kişi öldü Bu gün, 14:48 Biləcəridə yolun hərəkəti tam məhdudlaşdırılacaq Bu gün, 14:48 Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR