
ABŞ-nin Ohayo ştatında itkin düşən 12 yaşlı qızın telefon siqnalı izlənilərək onun olduğu otel müəyyənləşdirilib.
BAKU.WS xəbər verir ki, polis qızı otel otağında tapıb. İstintaq zamanı onun internet vasitəsilə tanış olduğu 21 yaşlı ABŞ hərbçisi Ceyden Foksla birlikdə olduğu müəyyənləşdirilib.
Məlumata görə, Foks dörd günlük məzuniyyət zamanı Şimali Karolinadakı Fort-Bragg bazasından Ohayoya gedib və qızı oradan götürərək Montvill qəsəbəsindəki otelə aparıb.
Qız təhlükəsiz şəkildə ailəsinə təhvil verilib. Foks isə birinci dərəcəli ağır cinayət, zorlama ittihamı ilə həbs olunub. Onun üçün **2 milyon dollar girov** müəyyən edilib.
Polis araşdırmanın davam etdiyini və yeni sübutlar əldə olunacağı təqdirdə əlavə ittihamların irəli sürülə biləcəyini açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.