
İndiyə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli mənzil" sistemi vasitəsilə 12 minə yaxın ailə ev sahibi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Agentliyin Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.
"Ümumilikdə 11 güzəştli mənzil layihəsi tamamlanıb. Agentliyin fəaliyyəti təkcə Bakı şəhərini deyil, eyni zamanda müxtəlif regionlarını da əhatə edir. Paytaxtın Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində də layihələr reallaşdırılıb", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.