
Xırdalanda obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AVESTA.AZ-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.