
Şimali Kiprin Girnə sahillərində batan sərnişin gəmisində itkin düşən 16 nəfərin axtarışı davam etdirilir.
AVESTA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, axtarışlara Hərbi Dəniz Qüvvələrinin 7 gəmisi və 6 hava vasitəsi cəlb olunub.
Gəminin qalıqları 550 metr dərinlikdə aşkarlanıb. Xüsusi ROV cihazının köməyi ilə batmış gəmiyə dalış həyata keçirilib.
Hazırda 4 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib. Digər 16 itkin şəxsin tapılması üçün axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, sərnişin gəmisi avqustun 30-da Girnə sahillərində batıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.