
Oktyabrın 30-da Quba və Qusarın dağlıq ərazilərinə bu ilin ilk güclü qarı yağıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Azərtac-a bildirilib.
Qeyd olunub ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə yağıb. Qrız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 santimetrə çatır. Qusarın Ləzə kəndində isə 3 santimetr qar qeydə alınıb.
Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.