
Bakının Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbin yeni binasının tikintisi ilə bağlı əlavə işlərin görülməsi və məktəbin mebel-avadanlıqlarla təchiz edilməsi planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, bununla bağlı Təhsilin İnkişafı Fondu tərəfindən 938 755,66 manat ehtimal olunan qiymətlə satınalma elan edilib.
Layihəyə əsasən, mövcud məktəb binasının yerində 624 şagird yerlik yeni məktəb binası inşa ediləcək. Yeni binanın tikintisi çərçivəsində müxtəlif əlavə işlərin görülməsi də nəzərdə tutulur.
Yəni ayrılan vəsait yalnız binanın tikintisi ilə məhdudlaşmır. Məktəbin tikinti prosesinin tamamlanması üçün zəruri olan ərazi və bünövrə işlərinin görülməsi, həmçinin təhsil müəssisəsinin mebel və avadanlıqlarla təmin edilməsi də layihəyə daxildir.
İşlərin başa çatdırılması nəticəsində 151 nömrəli məktəb daha müasir və geniş təhsil imkanlarına malik yeni binaya sahib olacaq. 624 şagird üçün nəzərdə tutulan yeni məktəb binası şagirdlərin daha uyğun şəraitdə təhsil almasına imkan yaradacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.