
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üzərinə tökülüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.