20-11-2025, 00:48 284

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.

Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib. Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib. Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 20 noyabr - Ağdam Şəhəri Günüdür.

Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Ağdamın azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. 2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsindən ziyarət edərkən dağıntıların miqyasına görə, Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası atması nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzədib. Bundan sonra Ağdam "Qafqazın Xirosiması" adlandırılıb.

Paylaş

Xəbər lenti

Məşhur aktrisa təyyarədə stüardessanın birinə yumruq vurdu, digərini isə dişlədi Bu gün, 14:48 Bakı bulvarında diqqətçəkən MƏNZƏRƏ Bu gün, 14:48 Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Bu gün, 14:48 Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm Bu gün, 14:48 Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik Bu gün, 14:48 Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır Bu gün, 14:48 Qatlanan iPhone modelinin təmir qiyməti dodaq UÇUQLATDI Bu gün, 14:48 Kartdan-karta pul köçürmələri ilə bağlı Mərkəzi Bankdan xəbərdarlıq Bu gün, 14:48 Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib Bu gün, 14:48 Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik Bu gün, 14:48 Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb Bu gün, 13:48 Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı Bu gün, 13:48 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar Bu gün, 13:48 Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb Bu gün, 13:48 Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib Bu gün, 13:48 Bu rayonda məktəblər TƏMİR OLUNACAQ Bu gün, 13:48 İlon Mask Zelenskini istefa verməyə çağırdı Bu gün, 13:48 İranla müharibə yenidən alovlana bilər: ABŞ-nin planında nəhəng bomba Bu gün, 13:48 "Kızılcık Şerbeti"ni tərk edən aktrisa yenidən qayıdır Bu gün, 13:48 96 yaşlı qadın 18 yaşlı bəylə evləndi Bu gün, 13:48 ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub Bu gün, 13:48 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı Bu gün, 12:49 SOCAR və Şri-Lanka şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub Bu gün, 12:49 Azərbaycan banklarında işsizlikdən sığortanın təklif edilməsi məcburi olacaq Bu gün, 12:49 Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib Bu gün, 12:48 İstanbuldakı leysandan sonra MƏNZƏRƏ - 50-dən çox avtomobil tərsinə çevrildi Bu gün, 12:48 Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır Bu gün, 12:48 İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır Bu gün, 12:48 Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir Bu gün, 12:48 Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib Bu gün, 12:48 İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub Bu gün, 12:48 8 Noyabr-da yolu bağlayan yük maşını ərazidən aparıldı Bu gün, 12:48 İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Bu gün, 11:48 İtaliya hərbçiləri Azərbaycana səfər edib Bu gün, 11:48 Navainin Kişineudakı konserti təxirə salınıb Bu gün, 11:48 Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib Bu gün, 11:48 Brilliant Dadaşovadan nənəsi ilə bağlı paylaşım: "Hicabsız azərbaycanlı qızlar..." Bu gün, 11:48 Gəncin kanalizasiyaya düşərək ölümü ilə bağlı təqsirləndirilən sahə rəisinin 5 il müddətə azadlıqdan məhrum edilməsi istənilib Bu gün, 11:48 "Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar? Bu gün, 11:48 Çempionlar Liqasında yeni rekord: Bir turda 78 qol vuruldu Bu gün, 11:48 Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir Bu gün, 11:48 Nəvai Qazaxıstanda iki aylıq həbs edilib Bu gün, 11:48 AQEM-in VII Zirvə görüşündə nələr müzakirə ediləcək? Bu gün, 11:48 Mourinyo Endrikin "Milan"a keçidinə mane oldu Bu gün, 10:48 Neftimiz 4 dollara yaxın ucuzlaşıb Bu gün, 10:48 Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu Bu gün, 10:48 Dərnəgül dövrü BİTİR: Tikinti materialları ucuzlaşır? Bu gün, 10:48 Bu gün tanınmış akademik Xudu Məmmədovun anım günüdür Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR