
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin ikinci turunda məhsuldarlıq rekordu qeydə alınıb. 18 qarşılaşmada ümumilikdə 78 qol vurulub.
AVESTA.AZ xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Beləliklə, oyun başına orta hesabla 4,33 qol qeydə alınıb. Turnirin tarixində bir tur ərzində bu qədər qol vurulmamışdı.
İkinci turun bir sıra qarşılaşmaları yüksəkhesablı nəticələrlə yadda qalıb:
LASK – "Liverpul": 3:6
"İnter" – "Brügge": 3:4
"Roma" - "Real Madrid"– 4:3
"Fənərbağça" – "Aston Villa": 0:6
"Vikinq" – "Bavariya": 3:3
"Mançester Siti" – PSJ: 2:4
Çempionlar Liqasında əvvəlki məhsuldarlıq rekordu 2025/2026 mövsümündə qeydə alınmışdı. Həmin mövsümün Liqa mərhələsinin üçüncü turunda 18 oyunda 71 qol vurulmuş, hər qarşılaşmaya orta hesabla 3,94 qol düşmüşdü.
Qeyd edək ki, turnirin formatı 2024/2025 mövsümündən etibarən dəyişdirilib. Əvvəlki qrup mərhələsi 36 klubun iştirak etdiyi vahid Liqa mərhələsi ilə əvəzlənib. Nəticədə hər turda keçirilən oyunların sayı 16-dan 18-ə yüksəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.