Bu gün, 09:48 65

İnsan 150, hətta 500 il yaşaya bilərmi? - Alimlərdən cavab

Bəzi riyazi modellərə əsasən, insan ömrünün nəzəri həddi təxminən 150 il ola bilər. Lakin alimlər bu rəqəmin elmi cəhətdən qəti şəkildə sübut olunmadığını bildirirlər.

BAKU.WS xəbər verir ki, bu barədə Honkonq Şəhər Universitetinin professoru, təkamülçü bioloq Pyotr Lidski "Gazeta.ru"ya açıqlamasında danışıb.

Alimin sözlərinə görə, insanın potensial ömrü ilə bağlı nəzəri ehtimalları təsdiqlənmiş elmi faktlardan fərqləndirmək vacibdir. Hazırda insanların təxminən 120 ildən artıq yaşaması etibarlı şəkildə qeydə alınmayıb.

İndiyədək ən uzunömürlü insan kimi tanınan Janna Kalmanın 122 il yaşadığı bildirilir. Bununla belə, onun şəxsiyyəti ilə bağlı mübahisələr mövcuddur. Bəzi fərziyyələrə görə, o, əslində öz anasının kimliyini mənimsəmiş ola bilər.

Professor qeyd edib ki, müəyyən fərziyyələrə əsaslanan riyazi modellər insan ömrünün nəzəri yuxarı həddini təxminən 150 il olaraq qiymətləndirir. Ancaq bu, qəti elmi fakt deyil. Nəticə birbaşa hesablamalarda istifadə olunan ilkin şərtlərdən asılıdır və həmin şərtlər yanlış olarsa, əldə edilən nəticə də dəyişə bilər.

"Elm insan ömrünün fundamental həddinin məhz 120 və ya 150 il olduğunu təsdiqləyən inandırıcı əsaslara malik deyil", - deyə alim vurğulayıb.

Təbiətdə insanla müqayisədə xeyli uzun ömür sürən canlılar mövcuddur. Məsələn, Qrenlandiya köpəkbalıqları bir neçə əsr yaşaya bilir, Qrenlandiya balinalarının ömrü isə 200 ildən çox ola bilər. Bəzi ağaclar minilliklər boyu yaşayır.

Alimin fikrincə, bu nümunələr bioloji sistemlərin çox uzun müddət mövcud ola biləcəyini göstərir. Lakin hazırda insan orqanizmini bu cür uzunömürlülüyə uyğun şəkildə dəyişdirmək mümkün deyil. Tibb də hələlik insan ömrünü əhəmiyyətli dərəcədə uzatmağa imkan verən təsirli üsullara malik deyil.

Professorun sözlərinə görə, insanın gələcəkdə 500 il yaşaya biləcəyi iddiasını indiki elmi biliklər əsasında nə qəti şəkildə təkzib etmək, nə də təsdiqləmək mümkündür.

Əgər gələcəkdə elm qocalmanın fundamental mexanizmlərini tam aşkar edə və onlara effektiv müdaxilə üsulları hazırlaya bilsə, insan ömrünün sərhədləri əhəmiyyətli dərəcədə dəyişə bilər. Hətta nəzəri olaraq 500 ildən artıq ömür də mümkün ola bilər.

Buna görə də insanın yüzillərlə yaşaya biləcəyi barədə iddialar elmi cəhətdən əsaslandırılmış nəticə kimi deyil, hələlik nəzəri fərziyyə kimi qiymətləndirilməlidir.

Paylaş

Xəbər lenti

Mourinyo Endrikin "Milan"a keçidinə mane oldu Bu gün, 10:48 Neftimiz 4 dollara yaxın ucuzlaşıb Bu gün, 10:48 Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu Bu gün, 10:48 Dərnəgül dövrü BİTİR: Tikinti materialları ucuzlaşır? Bu gün, 10:48 Bu gün tanınmış akademik Xudu Məmmədovun anım günüdür Bu gün, 10:48 "İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər Bu gün, 10:48 Dünya bazarında qızıl və gümüş bahalaşdı Bu gün, 10:48 İstanbulu sel vurdu, yağış suları evlərə və mağazalara doldu - İki nəfər öldü Bu gün, 10:48 Türkiyədə 48 vilayətdə "sarı" və "narıncı" XƏBƏRDARLIQ Bu gün, 10:48 Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür Bu gün, 09:48 Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib Bu gün, 09:48 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 09:48 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş Bu gün, 09:48 İnsan 150, hətta 500 il yaşaya bilərmi? - Alimlərdən cavab Bu gün, 09:48 Navainin saxlanılması ilə bağlı DETALLAR - Onu nə gözləyir? Bu gün, 09:48 Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlamağa çağırıb Bu gün, 08:48 PSJ səfərdə "Mançester Siti"yə qalib gəldi Bu gün, 08:48 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü Bu gün, 08:48 Hövsanda 10 nəfər məktəb mühafizəçisinə hücum etdi - Həbs olunanlar var Bu gün, 08:48 Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb Bu gün, 01:48 "Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb Bu gün, 00:48 Küsülü olduğu bacısından danışan Hadise kövrəldi Bu gün, 00:48 İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür Bu gün, 00:48 "Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var" Dünən, 23:48 Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı Dünən, 23:48 İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil Dünən, 23:48 Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video Dünən, 23:48 Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək Dünən, 22:48 İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb Dünən, 22:48 Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib Dünən, 22:48 Hər gün telefon işlədənlərin NƏZƏRİNƏ - Boyun fəqərələri sıradan çıxır Dünən, 22:48 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! Dünən, 22:48 Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib Dünən, 22:48 "44" bədii filminin daha bir tizeri yayımlandı Dünən, 22:48 Qarabağın gələcək ulduzları necə yetişirlər? Dünən, 21:48 Qlobal bazarda ŞOK ENİŞ - İlin ən aşağı göstəricisi qeydə alındı Dünən, 21:48 Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər Dünən, 21:48 Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib Dünən, 21:48 İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb Dünən, 21:48 Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir Dünən, 21:48 Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir Dünən, 20:48 Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi Dünən, 20:48 UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi Dünən, 20:48 Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub Dünən, 20:48 Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub Dünən, 20:48 Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir? Dünən, 19:48 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR