
Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Van İ Bakıda keçirilən görüş zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
AVESTA.AZ xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) bildirib.
Nazirlər ikitərəfli münasibətləri və beynəlxalq gündəliyi müzakirə ediblər.
Həmçinin onlar ABŞ ilə münasibətləri, Rusiya-Ukrayna və İran münaqişələri ətrafındakı vəziyyəti nəzərdən keçiriblər.
Xatırladaq ki, AQEM-in VII sammiti oktyabrın 15-də təşkilatın üzv dövlətlərinin nümayəndələrinin iştirakı ilə Bakıda keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.