
Kəlağayı Azərbaycan qadınının zərifliyini və gözəlliyini daha da ön plana çıxarır.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Bakı sakini Yunis Cümşüdov "Kəlağayı yürüşü" çərçivəsində deyib.
O bildirib ki, Azərbaycanın milli geyim ünsürlərindən olan kəlağayı Azərbaycan xanımının gözəlliyini tamamlayan, milli kimliyimizi və zəngin mədəni irsimizi özündə əks etdirən dəyərlərdən biridir:
"Hər xalqın milli geyimi insanlara xüsusi rəng, gözəllik qatır. Hər xalqın öz milli geyimi var. Kəlağayı da bizim milli geyimlərimizdəndir və onun qorunub saxlanılması mədəniyyətimizin qorunub saxlanılması ilə birbaşa əlaqəlidir. Milli geyim nümunələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi və onların təbliği milli-mədəni irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.